Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Avropa ölkələrinə müharibə çağırışı: - Rusiyaya zərbə endirin!

24-11-2021, 11:42

Avropa ölkələrinə müharibə çağırışı: - Rusiyaya zərbə endirin!

DogruXeber.az: - Polşalı jurnalist Avropa Birliyinə üzv dövlətləri Rusiyaya qarşı “preventiv müharibəyə” başlamağa çağırıb.

Bununla bağlı tanınmış jurnalist Boysex Yakubiçin “Biznes Alert” nəşrində dərc olunan məqaləsində müraciətin səbəbi kimi qazpulu borcuna görə Moldovanın siyasi rəhbərliyi ilə “Qazprom” arasında yaranmış fikir ayrılığı göstərilir.

“Qabaqlayıcı zərbə endirməyin məqamı yetişib. Tanklardan, raketlərdən istifadə etməklə deyil, siyasətin, beynəlxalq hüququn və maliyyənin köməyi ilə. Əgər biz indi Kişinyova kömək əlimizi uzatsaq, Avropanın xəritəsində növbəti qeyri-stabillik nöqtəsindən canımızı qurtararıq”, - məqalə müəllifi qeyd edir.

Yakubiçin qənaətinə görə, “Qazprom” yaranmış vəziyyətdən Moldovanın daxilində cərəyan edən siyasi proseslərə təsir göstərmək üçün yararlanır.

Məsələ ilə bağlı bir neçə gün əvvəl Rusiya Milli Energetika Təhlükəsizliyi Fondunun (METF) aparıcı eksperti İqor Yuşkov bəyan edib ki, rəsmi Kişinyov aldatma yolu ilə “Qazprom”a olan borcunu ödəməkdən boyun qaçırmağa çalışır: “Bu zaman Moldava rəhbərliyi Rusiyanın qaz nəhəngini hətta dələdüzluqda ittiham eləməyi planlaşdırır”.//Reyting.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram