Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

26 noyabrda Soçidə nələr müzakirəyə çıxarılacaq? - GƏLİŞMƏ

24-11-2021, 14:10

26 noyabrda Soçidə nələr müzakirəyə çıxarılacaq? - GƏLİŞMƏ

“Ümumilikdə, Azərbaycan tərəfində hər hansı şübhə və narahatlıq doğuran hər hansı məsələ yoxdur. Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan qalib tərəfdir və sülh sazişinə hazır olduğunu bildirib.

Digər tərəfdən sülhə qədər delimitasiya və demarkasiya prosesləri də öz həllini tapmalıdır və rəsmi Bakı buna da hazırdır. Bunu Prezident də dəfələrlə bildirib və Ermənistan, habelə vasitəçi Rusiyaya da bu mövqe agahdır”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib.

Belə ki, 26 noyabrda Soçidə keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşünü şərh edən politoloq görüşöncəsi əsas narahatlıq doğuran məsələ kimi Ermənistanın mövqeyini ön plana çıxarıb:

“Görüşlərdə Ermənistanın mövqeyi çoxsaylı suallar doğurur. Ermənistanın davranışı isə problemli vəziyyəti bir qədər də dərinləşdirir. Müharibə səhifəsi birdəfəlik çevrilməlidir.

Azərbaycan sülhə hazır tərəf kimi onu bildirir ki, əgər Ermənistan müfaviq qaydada, normal şəraitdə özünü ifadə edəcəksə, yeni təhdidlər törətməyəcəksə, daxildəki revanşist meyillərin qarşısını ala biləcksə, rəsmi Bakı İrəvana kömək etməyə hazırdır”.

Tofiq Abbasov Rusiyanın mövqeyinə, eyni zamanda Bakı və Moskva arasında qarşılıqlı etimadın mövcudluğuna da diqqət çəkib:

“Rusiya tərəfi də bu məsələlərlə bağlı tam məlumatlıdır. Görürük ki, İlham Əliyev və Vladimir Putin arasında tam əməkdaşlıq şəraiti formalaşıb və qarşıqlıqlı etimad var. İlham Əliyev də Rusiyanın Ermənistan tərəfini məsuliyyətə çağırmasının, həm də rəsmi İrəvana proseslərdən yayınmağa imkan verməməsinin vacibliyini dəfələrlə qeyd edib.

Biz Ermənistanın daxilindəki gərgin situasiyanı və anti-Rusiya meyillərini açıq-aşkar görürük. Buna görə də, Rusiya Paşinyana izah etməlidir ki, zaman gözləmir. Müharibə bitib və zaman məsələsi də hal-hazırda destruktiv rol oynayır”.

“Hesab edirəm ki, istər Soçi, istərsədə Brüssel görüşlərində Azərbaycanla bağlı hər hansı problemli məsələ yoxdur. Çünki Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Artıq top Ermənistan tərəfdədir”.

Paşinyan dünənki çıxışında Soçi görüşündə sərhədlərin delimitasiyası üçün komissiyanın yaradılması ilə bağlı sazişin imzalanacağını bildirib. Sizin fikrinizcə, 26 noyabrda hər hansı sənədə imza atıla bilərmi?

“Bu formal məsələdir. Mən sözügedən məsələdə Ermənistanın absturktsionist (öz vəzifələrini yerinə yetirməyi ləngitmək) mövqedən çıxış etdiyini düşünürəm. Açıq görünür ki, Ermənistan abstruksiyanı özü üçün silaha çevirib. Bundan əlavə, İrəvan Ermənistan-Azərbaycan sərhədində sülhməramlıların yerləşdirilməsi məsələsini də ortaya atıb. Xeyir ola?! Əgər Ermənistan ona riayət edəcəksə, qoy saziş bağlansın. Amma İrəvan bəhanələr axtarır. Ola bilər ki, bu saziş bağlansın və əlavə sənədlər də tərtib olunsun. Lakin bu məsələnin əsasını müəyyən etmir”

Tofiq Abbasovun fikrincə, Ermənistanda hökm sürən yararsızılq kompleksi sərhəddə baş verən münaqişələrin əsas səbəbidir. Eyni zamanda, Ermənistan dünya birliyinə mövcud olmayan “Dağlıq Qarabağ”la bağlı bəzi məsələlərin guya həllini tapmadığını da nümayiş etdirməyə çalışır.

“Biz səbrimizin olduğunu dəfələrlə sübuta yetirmişik. Lakin İrəvanın prosesi ləngitmək üçün əl atdığı vasitələr artıq keçməyəcək. İndi qərar vermək vaxtıdır. Xüsusilə də parlament seçkilərini qazanmış Paşinyan üçün...” - Tofiq Abbasov qeyd edib.

Politoloq fikirlərini siyasi klassiklərin bu fikirləri ilə yekunlaşdırıb:

“Ən müdrik mövqedə olanlar məqsədə doğru ən qısa yoldan getməyə çalışanlardır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram