Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazirlik bir işçisinə "Office” proqramlarının öyrədilməsi üçün 520 manat ödəyəcək

24-11-2021, 14:15

Nazirlik bir işçisinə "Office” proqramlarının öyrədilməsi üçün 520 manat ödəyəcək

DogruXeber.az: - Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Gloma-Az2020” MMC (VÖEN- 1904802511) olub.
Yeniavaz.com xəbər verir ki, "Gloma-Az2020” MMC Penitensiar Xidmətin sifarişi əsasında bu qurumun Baş idarəsi və tabe qurumlarında “Microsoft Office” programları üzrə təlim xidmətini həyata keçirəcək.
Verilən rəsmi məlumatda bildirilir ki, "Gloma-Az2020” MMC 1 il müddətində Penitensiar Xidmətin 139 əməkdaşına “Microsoft Office” proqramlarını öyrədəcək.
Görüləcək işlərin qarşılığında Penitensiar Xidmət "Gloma-Az2020” MMC-yə 72 min 280 manat ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, Penitensiar Xidmət bir əməkdaşına “Microsoft Office” proqramlarını öyrətmək üçün 520 manat xərcləyəcək.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən özəl tədris kurslarında “Microsoft Office” proqramlarının öyrədilməsi üçün tələb olunan xidmət haqqı təxminən 100-200 manat arasında dəyişir.
Məlumat üçün onu da bildirək ki, Penitensiar Xidmət tender müsabiqəsini bu ilin oktyabr ayının 20-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan "Gloma-Az2020” MMC tender elanından təxminən 3 ay əvvəl – 27.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3 ay əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, V Massivi (Yeni Günəşli qəs.), ev 15, m. 36”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şükürov Əli Dilavər oğludur.
Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Gloma-Az2020” MMC ilə birgə “ Suraxanı rayonu, V Massivi (Yeni Günəşli qəs.)” ünvanında onlarla şirkət qeydiyyata alınıb və onların bir çoxunun qanuni təmsilçiləri eyni şəxslər olub. Bu ünvanda qeydə alınan MMC-lərin adlarındakı uyğunluq (“Az2020”, “Az2021”) onlar arasında hansısa əlaqənin olduğunu göstərir.
Həmin MMC-lərin bəzilərini təqdim edirik:

Nazirlik bir işçisinə "Office” proqramlarının öyrədilməsi üçün 520 manat ödəyəcək

Nazirlik bir işçisinə "Office” proqramlarının öyrədilməsi üçün 520 manat ödəyəcək

Nazirlik bir işçisinə "Office” proqramlarının öyrədilməsi üçün 520 manat ödəyəcək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram