Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Çıxışlarında açıq-aydın bildirirdi ki, müxalifətə dəstək verməklə Ərdoğanı hakimiyyətdən uzaqlaşdıracaq"

24-11-2021, 14:30

"Çıxışlarında açıq-aydın bildirirdi ki, müxalifətə dəstək verməklə Ərdoğanı hakimiyyətdən uzaqlaşdıracaq"

DogruXeber.az: - Ötən gün axşam saatlarından başlayaraq Türkiyənin İstanbul, Ankara, İzmir kimi şəhərlərində hökumət əleyhinə mitinqlər başlayıb. Lirənin kəskin ucuzlaşmasına görə meydanlara çıxan əhali AKP hökumətini istefaya səsləyir.

Bu proseslərin Türkiyəni hara aparır? Doğurdanmı bu, Türkiyə əhalisinin öz qərarıdır, yoxsa kənar qüvvələrin planı?
Millət vəkili Asim Mollazadə Bakupost.az -a açıqlamasında bildirib ki, bu hadisələr Türkiyənin daxili iqtisadi vəziyyəti ilə bağlıdır:

“Türkiyədə lirənin kursunun aşağı düşməsi və yeni iqtisadi problemlərin yaranması belə hadisələrə səbəb olub. Eyni zamanda daxili siyasi gərginlik də mövcuddur. Düşünmürəm ki, bu mitinqlər hansısa təxribatlarla bağlı olsun. Türkiyədə hər zaman belə şeylər olub. Çünki ölkə demokratik ölkədir və siyasi mübarizə gedir. Siyasi rəqiblər ölkədə yaranmış iqtisadi problemlərdən istifadə edərək hökumətə qarşı mübarizəni gücləndiriblər”.
Politoloq Qabil Hüseynli isə tam fərqli fikirdədir.
O Bakupost.az -a bildirib ki, baş verən aksiyalar Qərbin Ərdoğana qarşı qərbin təxribatıdır:
“Çünki Amerika Prezidenti Co Bayden hakimiyyətə gəlməzdən əvvəl seçkiqabağı çıxışlarında açıq-aydın bildirirdi ki, müxalifətə dəstək verməklə Ərdoğanı hakimiyyətdən uzaqlaşdıracaq. Son zamanlarda da Türkiyə-Amerika münasibətləri gərginləşib və bir sıra məsələlərdə tərəflər arasında ciddi narazılıq var. Əsas narazılıq isə Türkiyənin Rusiyadan “F-400” hava hücumundan müdafiə sistemlərini almasıdır. Türkiyə əlavə edib ki, hətta Rusiyadan qırıcı təyyarələr də ala bilər. Bütün bunlar NATO-nun əsas üzvü olan Amerikanı hiddətləndirir və Türkiyədə qeyri-sabitlik yaratmaq üçün müəyyən addımlar atır”.

Politoloq qeyd edib ki, burada Beynəlxalq Valyuta Fondunun da müəyyən izləri var:
“Beynəlxalq Valyuta Fondu Baydenin, yaxud ABŞ Administrasiyasının göstərişləri ilə hərəkət edir. Digər tərəfdən Türkiyədə baş verənlərin obyektiv səbəbləri də var. Bu səbəblər ondan ibarətdir ki, dünya pandemiya dövrünün ağır iqtisadi böhranını yaşayır. Türkiyədə də pandemiya hələ davam etməkdədir və ağır formada təzahürləri var. Dövlət bu məqsədlə müəyyən tədbirlər görür, müəyyən vəsaitlər ayırır, amma pandemiyanı nəzarət altına almaq mümkün olmayıb. Eyni zamanda müxalifət cəbhəsində müəyyən qüvvələr ilk növbədə ABŞ-ın dəstəyilə bu mitinqləri həyata keçirməyə çalışır.
Doğrudur, Türkiyə iqtisadiyyatında müəyyən problemlər var. Lirənin kursu dollarla müqayisədə aşağı düşməkdə davam edir, hökumət müəyyən tədbirlər görməyə çalışır və müəyyən kadr islahatları da həyata keçirir, amma bütün bunlara baxmayaraq, Beynəlxalq Valyuta Fondu, eləcə də Qərbin müəyyən iqtisadi layihələrinin qurduğu plan əsasında lirənin kursu aşağı düşməkdə davam edir. Əlbəttə, bundan siyasi partiyalar - ilk növbədə CHP və kürdlərin partiyası istifadə edir. Onlar ölkənin idarəçilik sistemini ciddi tənqid edirlər. Bildirirlər ki, ölkədə həyata keçirilən iqtisadi siyasət səriştəsizdir. Məhz bunun nəticəsində ölkədə belə bir vəziyyət yaranıb”.
Politoloq vurğulayıb ki, Ərdoğana qarşı çıxış edən qüvvələrin demək olar ki, hamısı anti-Türkiyə platformasında birləşən qüvvəllərdir:
“Bunlar həmin qüvvələrdir ki, Türkiyə Azərbaycana kömək edəndə Kamal Kılıçdaroğlu tribunadan hayqıraraq səslənirdi ki, bizim Azərbaycanda nə işimiz var? Eyni zamanda onlar vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini istədilər, parlamentdə bu məsələni qaldırdılar, amma Ərdoğan cavabında bildirdi ki, Türkiyədə heç vaxt vaxtından əvvəl seçkilər keçirilməyəcək. CHP və HDP-nin məqsədi vaxtından əvvəl prezident seçkiləri daha sonra parlament seçkilərinin keçirilməsidir. Onlar hesab edirlər ki, ölkədəki vəziyyətdən istifadə edib Ərdoğan hakimiyyətini yıxa biləcəklər, lakin buna onların gücü çata bilməz”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə iqtisadiyyatında ciddi dönüş yaradılmasa və inflyasiyanın qarşısı alınmasa problemlər dərinləşəcək, bu da cəmiyyətdə etiraz dalğasaını gücləndirə bilər:

“Türkiyədə iqtisadi problemlər baş qaldırıb. Lirə çox sürətlə dəyərdən düşür. Əlbəttə, bu cəmiyyətin bir qismini narahat edir. Bundan istifadə etmək istəyən qüvvələr də ola bilər. Belə hadisələr yaxın tarixdə Türkiyədə olub. Buna misal olaraq neçə il öncə guya ağacların qırılmasına qarşı İstanbulda aksiyalar oldu. Daha sonra daxili və xarici qüvvələr, o cümlədən Fətullah Gülən tərəfdarları bundan istifadə etməyə çalışdırlar. Məqsəd Ərdoğan hakimiyyətini yıxmaq idi, amma alınmadı. Bu dəfə də alınacağını zənn etmirəm. Amma Türkiyə hökumətinin qarşısında ciddi çağırışlar var. Çünki iqtisadiyyatda ciddi dönüş yaradılmasa və inflyasiyanın qarşısı alınmasa problemlər dərinləşəcək, bu da cəmiyyətdə etiraz dalğasını gücləndirə bilər. Doğrudur, Türkiyədə növbəti seçkilər 2023-cü ildə olmalıdır, amma müxalifət qüvvələri bunun erkən olmasını tələb edir. Hesab edirəm ki, Türkiyə hökuməti müəyyən iqtisadi layihələr həyata keçirərək ölkədə vəziyyəti sabitləşdirəcək”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram