Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlandı

24-11-2021, 14:37

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlandı

Quba RPŞ əməkdaşlarının keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "DogruXeber.az"a bildirildiyinə görə daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Xəyyam Mirişov, Sumqayıt şəhər sakinləri Həsənalı Piriyev, Şamxal Köçərli və Salyan rayon sakini Emin Muradov saxlanılıblar. Sözü gedən şəxslər rayonun Barlı kəndində yerləşən “Qazax sement zavodu”-nun qum-çınqıl karxanasından, texnikalara aid ehtiyyat hissələri oğurladıqlarını etiraf ediblər. Həmin şəxslərin üzərinə və E.Muradovun avtomobilinə baxış keçirilən zaman bükülülərdə narkotik vasitə olan heroin, marixuana aşkar edilərək götürülüb.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tamerlan Məmmədov saxlanılıb. Həmin şəxsin tanışına məxsus avtotəmir obyektindən müştəriyə məxsus “Mersedes E124” markalı avtomobilin hissələrini oğurladığı müəyyən olunub.

Faktlara bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlandı

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlandı

Qubada oğurluq edən şəxslərin üzərindən narkotik vasitələr aşkarlandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram