Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi - Azərbaycanda

24-11-2021, 17:21

4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi - Azərbaycanda

Ali Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Mais Mustafayev barəsində bəraət hökmü çıxarıb.

"DogruXeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı və ölən şəxslərin hüquqi varislərinin verdiyi kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

Təqsirləndirilənin vəkili Əli Hüseynovun sözlərinə görə, Ali Məhkəmə şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2018-ci il iyunun 30-da Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən, biri azyaşlı olmaqla, ümumilikdə 4 sərnişin yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində həlak olub.

İstintaq zamanı həbs edilən M.Mustafayevin idarə etdiyi maşının təkəri anidən partladığı üçün qəza baş verdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram