Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"MADO” niyə karantin qaydalarını pozur, vergidən yayınır? - İDDİA

25-11-2021, 09:05

"MADO” niyə karantin qaydalarını pozur, vergidən yayınır? - İDDİA

DogruXeber.az: - Biz Gundəlik-Bakı olaraq türk düşməni Fətullah Gülənin Azərbaycandakı şəbəkəsindən çox bəhs etmişik.
Hətta Azərbaycanda fəaliyyət göstərən Ziraat Bankın “patronu” Avni Dəmirçinin əməlləri, çirkli pulların yuyulmasında rolu, Türkiyənin ölkəmizdəki səfriliyinin dəvətini qəbul etməməsini, rəsmi tədbirlərə qatılmamasını, amma FETO-çuların Sumqayıtdakı məclislərində məmuniyyətlə iştirak edib alovlu çıxışlar etməsini, Fətullahı tərfiləməsini qeyd etmişik.
Bu dəfə redaksiyamıza daxil olan məlumata görə, Avni Dəmirçinin sorağı MADO restoranlar şəbəkəsindən gəlir.
Bəli, Ziraat Bank kimi, MADO da Fətullah Gülənin şəbəkəsinə aiddir.
2010-cu ildə Bakının mərkəzində fəaliyyətə başlayan MADO restoranlar şəbəkəsi barədə bəlkə də çoxları çox şey bilmir.
Məlumat üçün qeyd edək ki, MADO türk dilində MA-raş şəhərinin ( şirkətin əsası 1850- ci ildə ilk dəfə bu şəhərdə qoyulub) adından və DO-ndurma sözündən götürülüb. Bu gün dünyada MADO-nun 300-dən artıq ticarət mərkəzi var.
2010-cu ildə Bakıda fəaliyyətə başlayan MADO-nun paytaxtın mərkəzi rayonlarında xeyli filialı var. Səhər yeməklərindən tutmuş, türk mətbəxinə və dondurmaya qədər hər şey verilir.
FETO məsələsinə keçməzdən öncə onu qeyd edək ki, Azərbaycanda karantin qaydalarına görə keçirilən monitorinqlərin başında, 1-ci yerdə həmişə MADO-nun adı olur.
Adama deyərlər ki, sən mənim hökumətimin qoyduğu qaydalara hörmət qoymursansa, əksinə qanunvericiliyin tələblərini pozursansa, sənin burada nə işin var ?
Niyə camaatımızı karonavirusa yoluxdurursan ?
Ötən yazımızda qeyd etdiyimiz kimi MADO-da əcnəbiləri hörmətlə, nəzakətlə qarşılayırlar, bizim vətəndaşlara qarşı isə sayqısızlıq var, daha dəqiq desək, dindar müştərilə bir cür, dindar olmayanlara fərqli xidmət göstərilir.
Sən kimsən, ay MADO, ölkəmizdə ayrı seçkilik yaradırsan ?
Adama deyərlər, sən gəmidə oturub gəmiçi ilə dava edirsən..?
Həə, deyəsən gəldik mətləb üstünə...
Görəsən, burada etdiklərinizi niyə Çində edə bilmirsiniz, cənab MADO ?
Məlumat üçün qeyd edək ki, Çində uyqur türklərinə qarşı olan işgəncələrlə bağlı illərdir ki, dünya bağırır.
Amma Fətullah Gülənin dostu, MADO-nun sahibi deyir:
“İnsanın iki vətəni olur. Biri DOĞULDUĞU yer, biri də DOYDUĞU yer. Mən bu gün Çində qarnımı doyururamsa, deməli vətənim Çindir və mən Çinliyəm”.
İndi aydın oldumu ki, MADO üçün vətən, millət qarın doyurmaqdır.
Ən maraqlısı odur ki, Fətullah Gülənə məxsus olan o boyda Qafqaz universitetini bağlama mümkün olduğu halda MADO-ya, ZİRAAT Banka hətta nəzər salan yoxdur. Niyə, nə üçün ?
Sözün düzü, bu məsələ bizim üçün də maraqlıdır. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram