Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sağlam gələcək naminə!

25-11-2021, 10:40

Sağlam gələcək naminə!

"DogruXeber.az" xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev narkotik vasitələrin kütləvi yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb. O bildirib ki, bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tək polis deyil, hər bir vətəndaş aktiv mövqe sərgiləməli, qanunsuz əməllə məşğul olan şəxslər barədə məlumatlı olduqda isə dərhal ərazi polis orqanına məlumat verməlidir.
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən cari il ərzində narkotiklərlə bağlı həyata keçirilən uğurlu əməliyyat tədbirlər barədə də məlumat verən şöbə rəisi, tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sağlam gələcək naminə!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram