Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT

25-11-2021, 11:20

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT

DogruXeber.az: - Redaksiyamıza M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə bağlı ("Eksperimantalnı" xəstəxana kimi tanınır.) ilginc məlumat daxil olub. Videoçəkilişin də əlavə olunduğu məlumatlarda bu səhiyyə müəssisəsində xəstələrin “soyulmasından”, müayinə və müalicələrin yazılmamış qiymətlərindən bəhs olunur...

Redaksiyamıza daxil olmuş videogörüntüdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsas binasının birinci mərtəbəsində, 14№-li kabinetdə- kompyuter tomoqrafiyada rüşvətin alınması görüntülənib. Hadisə bu ayın 2-də saat 1200 radələrində baş verir. Həkim Gülnaz xanım (Gülya kimi tanınır.) xəstələrdən 130, 260 manat kimi müxtəlif “ödənişlər” alır. Ən dəhşətlisi də odur ki, “ödənişdə” güzəşt olunmur-deyilən məbləğ qeyd-şərtsiz verilməlidir. Etiraz edən də isə bütün dərman və preparatların özləri tərəfindən-şəxsi vəsaitləri ilə alındığını bildirir(?)

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT

Topçubaşov adına xəstəxanada rüşvət tüğyan edir - VİDEOFAKT


Məlumatlarla bağlı həm şöbə müdirini, həm də M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyini məlumatlandırıb, mövqelərini öyrənməyə cəhd etdik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Səlahiyyət sahibləri heç nə baş verməyibmiş kimi susqunluq nümayiş etdirdilər. Həkimlərə qarşı hansısa cəza tədbiri haqqında da məlumat eşitmədik(?)

Belə məlum olur ki, nə bu həkim kontingentinin, nə də Mərkəz rəhbərliyinin son aylar həmkarları ilə bağlı hüquq-mühafizə orqanlarının atdıqları addımlardan ya xəbərləri yoxdur, ya da bilmək istəmirlər. Öz qanunlarından başqa qanun tanımaq yaddır bunlar üçün...

Olayla bağlı TƏBİB-dən də açıqlama ala bilmədik.

Azərbaycan siyasi rəhbərliyinin səhiyyə siyasəti göz önündədir- dövət ölkə insanı üçün səhiyyə xidmətini günbəgün təkmilləşdirir, dövlət milyonlar xərcləyir, bu sahədə hər gün bir yeniliyə imza atılır. Təəssüf ki, hələ də bəzi həkim və səlahiyyət sahibləri dövlətin bu nəcib siyasətinə kölgə salmaqda davam edirlər.

İctimai nəzarətin aktuallığını yaxın günlərdə cənab prezident də vurğulamışdır... Bu istiqamətdə hər bir vətəndaşın fəallığı vacibdir və davamlı olmalıdır. Bəhs etdiyimiz kimi eybəcərliklərin həlli yolu həm də ictimai nəzarətdən keçir.//Azerbaycanrealligi.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram