"Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - Müasir talançılar

Məşhur atalar məsəli var: "Dərə yiyəsiz, tülkü bəy".

Bu gün səhiyyə sahəsində iki qurum fəaliyyət göstərir. Daha doğrusu iki qurumun adı var, fəaliyyətləri isə nədənsə o qədər də gözə dəymir.

"TƏBİB" və Səhiyyə Nazirliyi!

Hansı ki, ölkə əhalisinin az qala hamısının gileyli olduğu bu qurumlar ikisi də müvəqqəti rəhbərliyin ümidinə qalıb. Qınamaq olmur, o vəzifənin həqiqi sahibləri vəzifəsi olaraq nə iş gördülər ki, müvəqqəti əvəzedicilər də nə iş görsün?!...

Son zamanlar bir çox səhiyyə müəssisələrinin "gəlirləri" əməllicə artıb. Yəni, sözügedən müəssisələrin "çörəyi" təkcə xəstələrdən və yaxınlarından aldıqları rüşvətdən çıxmır, eyni zamanda artıq əksər dövlət qurumları arasında "dəbdə olan" tender müqavilələri sayəsində, "çörəklərinin üstünə çəkməyə yağları" da var.

Demək olar ki, hər gün bir tibb müəssisəsinin tender müqaviləsi imzaladığı haqqında məlumat alırıq. Özü də əksəriyyəti bunu katirovka sorğusu baş tutmadan həyata keçirir. Üstəlik də "Dövlət Satınalma Portalı"nda haqqında heç bir məlumat göstərmədən.

Bütün bunlar barəsində sorğu göndərdiyimizdə də utanmadan gözümüzü yalançı çıxarmağa çalışırlar ki, "Dövlət Satınalma Portalı"nda bütün məlumatlar göstərilib.

Məsələn, xatırlayırsınızsa, təqribən iki ay əvvəl Masallı Mərkəzi rayon Xəstəxanası ilə də belə bir hal yaşanmışdı və onda da xəstəxananın baş mühasibi israrla bildirirdi ki, "bütün məlumatlar orda var". Söhbətimiz əsnasında bizə məlum oldu ki, sən demə baş mühasibin özü heç belə müqavilələrin necə həyata keçirildiyi haqqında o qədər bilikli deyil. O bizə israrla, "orda bütün məlumatlar var" - dedikdə, müqavilənin başlama və bitmə tarixlərini nəzərdə tuturmuş.

Yəni, hörmətli baş mühasib üçün tarix "bütün məlumat" sayılırmış.

Maraqlıdır ki, oxşar da yox, məhz eyni proses Yardımlı mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilib. Daha da maraqlıdır ki, xəstəxananın baş həkimi Rasim Əkbərov da eyni cavabı verib.

Belə ki, Yardımlı mərkəzi Rayon Xəstəxanası tərəfindən "e-tender.gov.az" saytında "İnci group of companies" ilə müqavilə bağladığı barəsində məlumat yerləşdirilib. Lakin, müqavilə barəsində tarix və şirkətin adından başqa heç bir məlumat göstərilməyib. 43471.082 (qırx üç min dörd yüz yetmiş bir, səksən iki) AZN məbləğin qeyd edildiyi müqavilə barəsində ətraflı məlumat göstərilməməsinin səbəbləri barəsində sözügedən müəssisənin elektron ünvanına rəsmi sorğu göndərdik.

"DogruXeber.az" informasiya agentliyi olaraq, demək olar ki hər həftə məktub və müraciətlərə cavab verilməsi haqqında qanunda göstərilən maddəni təkrar-təkrar yayımlayırıq. Bu qanundan xəbərsiz olan qurumlar, müəssisələr və məmurlar maariflənsin deyə.

Amma, deyəsən bizim bu zəhmətimiz boş-boşuna imiş. Onlar üçün ölkə qanunları maraqlı olsaydı, ən azından bildikləri qanunlara riayət edərdilər fikrimizcə.

Əlqərəz...

Elektron sorğumuza iki gün ərzində cavab verilmədiyini görüncə, xəstəxananın baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq.

Rasim doktor çox aqressiv şəkildə: - "Siz informasiyasınız da, düzdür? İqtisadiyyat Nazirliyindən soruşun. Ordan alın cavabı. Elə hamı sorğu göndərir, niyə məlumat yoxdur?! Sizin nəyinizə lazımdır? Siza aidiyyəti olmayan işlərə niyə qarışırsınız? Var da orda məlumat. Siz rekertlik edirsiniz."

"Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - Müasir talançılar


Qeyd: Rasim Əkbərov nəyinki mətbuatın sorğusuna cavab verməli olduğu müddət barəsində qanundan məlumatsızdır, sən demə heç ümumiyyətlə mətbuatla necə danışmaq lazımdır, onu belə bilmir.

Jurnalistin hüquqlarından, media qanunlarından bixəbər olan müəssisə rəhbəri, mənasını belə bilmədən işlətdiyi ifadə ilə əməkdaşımızı təhqir etdi. Bu da o deməkdir ki, Rasim Əkbərov nəyinki media haqqında, ümumiyyətlə qanunlardan xəbərsizdir. O hələ də bilmir ki, qanun çərçivəsində "şəxsiyyəti təhqir etmə"yə görə, onu hansı cəzalar gözləyir.

Yeri gəlmişkən, əslində biz qanunun müvafiq maddəsini Rasim Əkbərovun diqqətinə çatdırmağa çalışdıq. O da sözümüzü ağzımızda kəsib, dedi: - "hə nolsun elə yazılıb".

Sən demə Rasim Əkbərov qanunları saymadığı üçün öyrənməyə cəhd etməyib.

Sual verdik: - "Doktor, siz bu müqavilə barəsində"Dövlət Satınalma Portalı"nda ətraflı məlumat göstərməlisiniz, yoxsa yox?"

Rasim Əkbərov: - "Mən bilmirəm. Yox. Başım çıxmır. Buxalterə (mühasib) deyərəm özü sizə zəng edib deyər. Sağ olun." - deyərək, telefonu söndürdü.

Bu da bir rayonun, böyük bir tibb müəssisəsinin rəhbərliyinin həvalə olunduğu ziyalı nümunəsi.

Əslində, tibb müəssisəsinin və işçilərinin bu cür davranışlarının, bilib-bilmədən o biri ucunda böyük məbləğlərin (o məbləğlər ki, dövlət büdcəsindən hər gün müxtəlif adlarla, müxtəlif qurumlar tərəfindən silinir) dayandığı işləri vəzifə borclarından daha çox vaxt ayıraraq həyata keçirmələri üçün cəsarət verən Səhiyyə Nazirliyi və "TƏBİB"dir.

Əgər, bu vaxta qədər yayımlanan məlumatları və hər gün onlarla, hətta yüzlərlə vətəndaş şikayətlərini nəzərə alıb, heçolmasa onundan biri barəsində gərəkən tədbirlər görülsə idi, proseslər bu həddə qədər gəlməzdi.

Amma, heç bir tədbir görülmürsə, bu da o demək olur ki, sözügedən qanun pozuntularından qurumlar özləri də yararlanır. Elə buna görə də onlara laqeyd davranışları ilə istədiklərini etmək üçün "geniş meydan" verirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ...- "Araz aşığından, Kür topuğundan"...

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib

Bədbəxt hadisə nəticəsində ölən Aysunun FOTOsu

Vüsalə Əlizadənin verilişinin yayımı qəfil dayandı

Anasını balta ilə qətlə yetirən şəxs axtarılı

Bütün xəbərlər