"Paşinyanla əməkdaşlıq edənlər gec-tez Tonoyan kimi cəzasını alacaq" - Sarkisyan

Bu gün Ermənistanın keçmiş müdafiə naziri olan David Tonoyanın məhkəmə prosesi baş tutub.
"DogruXeber.az" AzVision.az-a istinadən xəbər verir ki, hakim eks-nazirin həbsini uzadıb. Maraqlıdır ki, hakimin erməni cəmiyyətində qıcıq oyadan Tonoyana qarşı bu davranışı mediada birmənalı qarşılanmayıb. Tanınmış erməni yazar Voskan Sarkisyan bu barədə deyib:

“Məhkəmə keçmiş müdafiə naziri David Tonoyanın həbs müddətini 2 ay uzatdı. Bununla bağlı onun hüquqlarını müdafiə edən xüsusi qrup açıqlama da yaydı. David Tonoyanın Gorus yaxınlığındakı asma körpüdə Nikol Paşinyanın yanında necə rəqs etdiyi yadınızdadırmı? Hətta məktəblilər belə anlayırlar ki, asma körpülərdə bu şəkildə hərəkət edib rəqs eləməzlər. Müharibədən əvvəl isə David Tonoyan "yeni müharibə, yeni ərazilər" deyərək qürrələnirdi. Sanki Dağlıq Qarabağa bitişik 7 rayon onun atası və anası tərəfindən qurulub və yeni ərazilər işğal edilməli idi. Nikol Paşinyanla əməkdaşlıq edən, şeytanla ittifaq bağlayan hər kəs gec-tez cəzasını alacaq. David Tonoyan buna nümunədir”.

Xatırladaq ki, bir müddət öncə Milli Təhlükəsizlik Xidməti vəzifə səlahiyyətlərindən sui -istifadə və külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi başladıb. Bu işdə bir neçə şəxsin adı hallanır. Keçmiş müdafiə naziri David Tonoyan, "Davo" ləqəbli Müdafiə Nazirliyinin silah tədarükçüsü olmuş David Qalstyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyana ağır iş kəsiləcəyi gözlənilir. Amma eks-nazir istintaqçılara izahat verməkdən imtina etdiyi üçün iş uzandı. Ehtimal edilir ki, məhkəmə qarşısına yeni hərbçi və məmurlar da çıxsın.

Son xəbərlər

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ...- "Araz aşığından, Kür topuğundan"...

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

Bütün xəbərlər