Neftçalada əlili Şəhid ailəsi ilə üz-üzə qoyurlar - Yeni HOQQA...

DogruXeber.az: - Neftçala sakini icarəyə götürdüyü torpağın əlindən almaq istədiklərini deyir

“Əvvəl torpağın bir hissəsini əlimdən alıb satdılar. Qalan hissəni də əlimdən almaq üçün guya torpağı şəhid ailəsinə veriblər deyib, üzərimə bir şəhidin balasını göndərdilər. Uşağı məcbur edirdilər ki, xəstəxanada yatsın, üzümə dayansın ki, guya mən ona xəsarət yetirmişəm. Çox şükür ki, ailə bələdiyyə sədrinin bu çirkin, iyrənc oyununa getmədi”.

Neftcala rayonunun Xolqarabucaq kənd sakini Ceyhun Nəfəsov belə deyir. Onun sözlərinə görə, hər şey polis tərəfindən araşdırılıb, məlum olub ki, bələdiyyə sədri vətəndaşı bu yolla şantaj etmək istəyir: “Şəhid ailəsini də bu oyuna alət etmək istəyir. İndi də məcbur edirlər ki, məhsulu götürən kimi qalan torpaqdan da çıxım”.

Ceyhun Nəfəsov birinci qrup gözdən əlildir. 2016-cı ildə Xolqarabucaq bələdiyyəsi əkin işləri aparmaq üçün icarə müqaviləsiylə ona 8 hektar torpaq sahəsi ayırıb. İcarə müqaviləsi hər il təzələnib. Ceyhun Nəfəsov 2019-cu ilədək sahədə pambıq əkib. Deməsinə görə, 2019-cu ildən kənd bələdiyyəsi əkin işləri aparmasına əngəllər yaratmağa başlayıb – əvvəlcə sahənin 2 hektar 40 sotunu əlindən alıb. Əlil ölkə başçısına yazıb ki, yaratdığı pambıqçılıq təsərrüfatında azı 50-60 nəfər çalışaraq ailəsinə qazanc aparır. Bundan sonra bələdiyyə sədri ona torpağın qalan 5,60 hektarını özəlləşdirmək üçün ilkin sənədlər verib:

“Əlimdə 5.60 hektara görə bələdiyyənin iclas protokolu, torpağın sxemi, kadastr sənədi ola-ola əkin-biçinə əngəllər yaratmaqda davam etdi. Həmin il 2 hektarda arpa əkdim, 2020-ci ilin mayında arpanı biçdim? götürdüm. 3,6 hektarda yonca əkdim. Həmin ilin oktyabrında yoncanı da biçdim. Bu yay arpa yerini növbəti dəfə şumlayanda bələdiyyə sədri gəlib tələb etdi ki, işləri dayandırım. Bələdiyyə sədrinin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət yazdım. Daxili İşlər Nazirliyindən cavab gəldi ki, fəaliyyətimdə heç bir qanunsuzluq, torpaq zəbti yoxdur. Bələdiyyə sədri yenə əl çəkmədi”.

Ceyhun Nəfəsovun sözlərinə görə, 1 ay əvvəl gecə saatlarında həmkəndliləri ona xəbər veriblər ki, sahədəyə traktorlar salınıb: “Qohumlarımın köməkliyi ilə sahəyə getdim. İnsafsızlar yığılmamış 1 hektar yoncanı traktorun qabağına verib qırmışdılar. Mən özümü traktorların qarşısına atdım, işi dayandırdım. Bələdiyyə sədrinə zəng vurdum, dedi ki, sahə şəhid ailəsinə verilib. Bir şəhid balasını üstümə göndərdi ki, guya torpağı onlara verib. Bu oyunu da keçmədi. Şəhid ailəsi biləndə ki, bu yer 1-ci qrup gözdən əlilindir və bu yerdən neçə-neçə ailə çörək yeyir, məndən üzrxahlıq etdi. Çünki həmin ailənin istifadəsində 10 hektar sahə var idi, üstəlik, bu söz-söhbətlərdən sonra onlara başqa yerdən yenə əlavə yer verilib. Bələdiyyə sədri şəhidin övladını mənə qarşı qoymaq istəsə də, alınmadı”.

Bu minvalla Ceyhun Nəfəsovun əlindən daha 2 hektar yer alınıb və hazırda istifadəsində 4 hektar sahə qalıb.

Həmin sahənin bir hissəsində yonca, bir hissəsində arpa əkib. 15 gün əvvəl o, Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəbuluna gedib: “Başçı mənə xəbərdarlıq etdi ki, növbəti ildə məhsulu yığan kimi torpağı boşalt. Mənə gələn il iyulun 10-na kimi vaxt verdi, dedi, əgər torpaq boşalmasa, bütün əkin şumlanıb məhv ediləcək. Nə əlimdəki sənədlərə baxan var, nə əlilliyimə, nə də o sahədən onlarla insanın evinə qazanc aparmasına…”

“Əlimdən hissə-hissə aldıqları sahələri də satıblar, həmin sahələr artıq şumlanıb. Mənim əkin apardığım sahə məhsuldar olduğuna görə hissə-hissə əlimdən alıb başqalarına satırlar. Məqsədləri budur. Nə xalqı dolandırırlar, nə də imkan verirlər ki, xalq özü öz başının çarəsinə baxsın”, – şikayətçi bildirir.

Ceyhun Nəfəsov deyir, 38 yaşı var, ikinci dəfə ailə qurub, həyat yoldaşının da gözləri görmür. 6 aylıq körpəsi var. Əgər torpaq sahəsindən məhrum olarsa, həm məşğuliyyətindən, həm də qazancından məhrum olacaq: “Bələdiyyə sədrinə sual verirəm ki, o torpaq da əlimdən alınsa, görməyən gözlərimlə ailəmi necə dolandıracam, o körpəni necə böyüdəcəyəm? Deyir ki, mənlik deyil, o sualı başçıya ver…”

Bu proseslərin əvvəli keçmiş bələdiyyə sədri Qismət Qəfərovun fəaliyyəti dövründə baş verib. Neftçala Rayon Prokurorluğuna vətəndaşlar tərəfindən onun barəsində daxil olmuş şikayətlər araşdırılandan sonra bu ilin fevralında cinayət məsuliyyətinə cəlb olunub. Hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir. Zamindədir. Dekabrın 3-də məhkəmənin hökmü gözlənilir.

Hazırda bələdiyyə sədri Böyükkişi Həşimovdur.

Xolqarabucaq kənd bələdiyyəsinin sədri Böyükkişi Həşimov Meydan TV-yə deyib ki, Ceyhun Nəfəsovun dedikləri doğru deyil: “4 hektar sahə verilib, hər il əkir, məhsul götürür, ona deyən yoxdur ki, əkin işi aparma. Özü ərizə yazıb ki, gələn il son məhsulu yığandan sonra torpağı geri qaytaracaq. Hazırda da icra hakimiyyətindəyəm, o da burdadır. İstədiyi odur ki, 4 hektardan əlavə orda olan 1,5 hektar torpaq sahəsi də ona verilsin. Ona deyilib ki, istifadəndə 4 hektardır, o torpaqda ək, heç bir problem yoxdur. Sizə deyirsə əlində sənədi var, doğru deyil, heç bir sənədi yoxdur”.//dia.az


Oxunub: 172

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər