Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az: - "Azərbaycanda keçirilən əksər tenderlərdə təcrübəsiz, yenicə yaranan şirkətlərin qalib gəlməsi ənənəsi məmur müdaxiləsindən qaynaqlanır və bu addım vergi xidmətindən yayınmaq, izi itirməyə hesablanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov deyib. Ekspertin sözlərinə görə, tenderlərdə yeni yaranan şirkətlərin qalib gəlməsi ənənəsi iki səbəbdən qaynaqlanır:

"Dövlət Satınalmaları Haqqında” Qanunda qeyd edilir ki, satınalma prosesində qalibin qiymətləndirilməsi zamanı şirkətin təcrübəsi nəzərə alınmalıdır. Amma təcrübədən görürük ki, əksər hallarda qanunvericiliyin bu bəndi pozulur, heç bir təcrübəsi olmayan, 3 gün, 10 gün və ya bir ay bundan qabaq yaranan şirkətlər tenderlərin qalibi olurlar. Belə situasiyanın yaranmasına əsasən iki amil səbəb olur.

Dövlət satınalmalarında məmurlar birbaşa olaraq prosesə müdaxilə edirlər. Onlar müdaxilə yolu ilə təcili şəkildə tender ərəfəsi özlərinə bu və ya digər dərəcədə aid olan şirkətlər yaratmaqla, prosesə qoşulur və tenderdə qalib elan olunurlar.

Digər tərəfdən, bu tendensiya vergi və izləmə prosesiylə bağlıdır. Vergi xidmətinin diqqətindən yayınmaq və izi itirmək üçün 2-3 ildən bir yaranan şirkətlər ləğv olunur və əvəzində yeni adda şirkətlər meydana çıxır. Adətən vergi orqanları 3 və daha çox illik fəaliyyətləri yoxlayır”.

Başqa bir tərəfdən, iqtisadçıya görə, medianın, vətəndaş cəmiyyətinin prosesi izləmələrindən qaçan məmurlar da izi itirmək üçün belə edirlər:

"Bir şirkət yaradıb, onları idarə etdikləri qurumların satınalmalarına salır, növbəti dəfə isə başqa adda şirkət yaradırlar ki, hansısa ciddi ittihamlarla üzləşməsinlər. Belədə, görüntü yaradırlar ki, guya tenderin qalibi başqa şirkətlər olur. Əslində isə burada maraqlı tərəf bir nəfərdir. Məmur şirkətin adını dəyişərək prosesi bu şəkildə müəyyən qədər mürəkkəbləşdirir”.

Belə halların qarşısını almaq üçün həmsöhbətimizə görə, qanunvericiliyə dəyişiklik edilməlidir:

"Qanunvericilik səviyyəsində müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Spesifik fəaliyyət sahələrində yaranan yeni şirkətləri başa düşmək olar. Amma digər istiqamətlərdə tenderin qalibi olmaq üçün şirkətin ən azından 1 ildən çox təcrübəyə malik olması əsas götürülməlidir. Digər tərəfdən, bir şirkətin satınalmalarda ümumi iştirak payı 30 faizdən çoz olmamaqla limit tətbiq olunmalıdır. Dövlət satınalmalarına nəzarət funksiyasını həyata keçirən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Antiinhisar Siyasəti Agentliyi, Hesablama Palatası, Maliyyə Nazirliyi kimi qurumlar bu məsələdə diqqətli olmalıdır. Şirkətin qalib olmasının ciddi əsasları olmalıdır. Proses ciddi şəkildə izlənilməlidir. Bu məsələyə yuxarıdan baxış dəyişməlidir”.


Oxunub: 107

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər