"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az: - Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov haqqında zaman-zaman müxtəlif fikirlər səsləndirilib. Ancaq maraqlısı budur ki, bu fikirlər cənab Qurbanovun imperiyasına heç bir təsir etməyib.
Hələ 1994-cü ildə işdə yol verdiyi nöqsanlara görə Heydər Əliyevin fərmanı ilə “Azəravtoyol”-un rəisi vəzifəsindən uzaqlaşdırılan Qurbanov hər zaman dövlət idarələrində mühim vəzifələr tutub.

“Azəravtoyol” Dövlət Şirkətinə 1993-1994-cü illərdə rəhbərlik edən Qurbanov, işində yol verdiyi nöqsanlara görə işdən qovulur. Bəlkə də elə bu səbəbdəndir ki, aradan uzun illər keçməsinə və adının dəyişdirilməsinə baxmayaraq köhnə “Azəravtoyol” - indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) özünə gələ bilmir. Hələ də Cavid Qurbanov siyasətini davam etdirir.

Qurbanovun biznes qatarı Türkiyə, Gürcüstan və Avropaya qədər gedib uzanır. “Süsən Aqro”, “Retro Park MTK”, “Azercon ASC”, LOR hospital və s. onlarla şirkəti əhatə edir. C.Qurbanov, "Azərbaycan Dəmir Yolları" QSC-yə 2015-ci ildə təyin edilib. Və bundan sonra da ADY-nin qara günləri başlayıb.

Qurbanov vəzifəyə gətirildikdən sonra, verdiyi açıqlamalar ADY-nin ağ günə çıxdığını hiss etdirirdi. Ancaq təəssüflə qeyd edək ki, hər şey gözlənilən kimi olmadı. Məsələn, illərdir müxtəlif səbəblərlə gecikdiyi deyilən Bakı-Tbilisi-Qars dəmiryol xətti 2017-ci ildə yükdaşımalar üçün açılsa da, sərnişinlərin istifadəsi üçün hələ də açılmayıb. Bir neçə il öncə ADY biletlərin qiymətini müəyyən edə bilmirdi. Sonradan qiymətlər müəyyən edildi və səfərin 40 saat müddətində reallaşacağı qeyd edildi. Daha sonra isə, bu məsələ bağlandı. Yəni, indi də nə səs var, nə səmir.

Cavid Qurbanov haqqında bir çox iddialar səslənsə də, ADY-nin mətbuat xidmətinin rəhbəri çıxıb bu barədə rəy bildirmir. Bu vəzifədə olanlar hər zaman medianı susdurmaq üçün daha çox cəhd göstərib. Təbii ki, olanlara göz yumanlar və ya susanlar olub. Susmayanlar isə, hələ də böyük maraqla dövlətin öz nəzərlərini nə zaman Cavid Qurbanova tərəf çevirəcəyini gözləyir.

Xarici ölkələrdə şirkətlər, malikanələr, Azərbaycanda böyük biznes və s. Bütün bu sərvətlərin maliyyə mənbəyi də bəllidir. "Azərbaycan Dəmir Yolları" QSC gözdən iraq, amma nəhəng maliyyə "yuva"sıdır. Amma yəqin ki, bir gün Qurbanova da "dayan" deyən tapılacaq... Biz kimlərin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları qarşısında pencəyinin düyməsini bağlayıb boynunu bükdüyünü görmədik ki?!//Bizimyol.info


Oxunub: 217

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər