"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-"jurnalist" Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"DogruXeber.az" "Report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov ifadə verib.

O bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində A.Abdullayev qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edib:

"Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş dörd texnika var. Bu da məişət tullantılarının daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. Çəkilişlərdə tez-tez rayon rəhbərliyinin adını hallandırırdı. O, məndən müəyyən məbləğdə pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın, balalarına versin. Ona razılaşmadı.

Sonra məndən 10 min manat istədi, razılaşmadım. Daha sonra 6 min manat tələb etdi. Təbii ki, mən yenə də razılaşmadım və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Mən Ataya 6 min manat pul verməmişəm".

Daha sonra prosesdə Ş.Həsənovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Ərizədə göstərilir ki, məmurun şikayət və tələbi var. O deyib ki, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxır:

"Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. Çünki səhhətimdə ciddi problem var".

Eyni zamanda, ölkə xaricində olan Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və "Formula-1" yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq "iPhone 11 Pro Max" telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib.


Oxunub: 94

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər