"Xırda söz-söhbətin ucbatından boşananlar heç də az deyil"

“Biz ailə quranda deyirdilər: “Ağ gəlinliklə gedin, ağ kəfənlə həmin evdən çıxın”.

Bu sözləri Yenisabah.az-a Əməkdar artist, qarmonçu Gülbahar Şükürlü deyib.

O, gənclərin hər xırda səbəbdən boşandığını qeyd edərək bunun doğru olmadığını vurğulayıb:

“Bu yaxınlarda Elgizin verilişində qonaq idim, şikayətləri diləyəndə görürdüm ki, insanların çoxu heç nədən ayrılır, ailəsini dağıdır. Düzdür, ailədaxili şiddətə görə boşananlar da var, amma bəsit, xırda söz-söhbətin ucbatından boşananlar heç də az deyil.

Ailə bağlı bir boğçadır, gənc ailələrin dağıldığını görəndə pis oluram, istəmirəm boşanmalar bu qədər çox olsun. Bu mövzuda danışa biləcək haqqa sahibəm, çünki yetərli qədər təcrübəm, nəvələrim var. Mən boşanmaların əleyhinəyəm.

Biz ailə quranda deyirdilər:“Ağ gəlinliklə gedin, ağ kəfənlə həmin evdən çıxın”. Bu o demək deyildi ki, ailələrimiz bizi ölümə göndərir. Xeyr! Bu sözü ona görə deyirdilər ki, yəni getdiyiniz yerdə birlikdə qocalın".

Qarmonçu hesab edir ki, ailə düzgün motivasiya əsasında qurulmayanda, boşanma baş verir:

“Ərimlə bir-birimizi 10-cu sinifdən istəmişik, bir müddət əvvəl dünyasını dəyişdi, yəni bizi ölüm ayırdı. Gənclər də bu cür olmağa çalışmalıdır.

Bəzən gənclərdən soruşuram ki, niyə ayrıldınız? Deyir: “Bizimki alınmadı”. Sanki bunlar biznesmendir, böyük şirkət quracaqdılar, binalar tikəcəkdirlər, amma sövdələşmələri alınmayıb. Belə olmaz axı...

Ailəni qorumaq lazımdır. Haransa ağrıyanda həkimə gedirsən, o sənə müalicə yazır, vəziyyət çox kritik olanda son çarə olaraq əməliyyat məsləhət görülür. Ailə də belədir, boşanma üçün ən kritik anı gözləməlisən”.

Sənətçi bu mövzuda danışdıqdan sonra sosial şəbəkədə hədəfə çevrildiyini qeyd edib:

“Bəzən haqqımda yazırlar: “Ay bəxtəvər, səni boşamayıblar, ona görə belə danışırsan. Sənin də övladların var...” Siz uşaqlarımın boşanmağını istəyirsiniz? Bu nə sözdür, bu nə danışıqdır?! Düşmənimsiz? Ona görə bəzn uşaqlarım irad tutur: “Ana, danışma”. Bəs mən nə edim? Sözün düzünü deməyim?!”

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər