“Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur - RƏSMİ

"Koronavirus infeksiyasının yeni mutasiya olan “Omikron” variantın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır".

"DogruXeber.az" "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir: "Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omikron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə 24 noyabrda rast gəlinən yeni variantda təkrar yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu bildirib və koronavirusun “Omikron” variantından qaynaqlanan riski “yüksək” kimi qiymətləndirib".

"Cənubi Afrikada aşkarlanan omicron ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib. Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunlaldır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur" - məlumatda bildirilib.


Oxunub: 124

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər