"Dedi ki, əlavə avadanlıqlar verilmir, öz cibindən xərc cəkə bilməz..." - GİLEY

DogruXeber.az: - Bərdə rayonunun Körpüqıran kəndində internetin keyfiyyəti ilə bağlı problemlər yaşanır. Kənd sakinləri Meydan TV-yə deyib ki, «Aztelekom» ayın əvvəlindən xidmət ödənişlərin köçürülməsini tələb etsə də, ayın cəmi ilk yarısında internet olur, o da müəyyən fasilələrlə verilir.

Sakinlərdən Vüqar Əsədov bildirib ki, problemlə bağlı «Aztelekom»a, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, «Aztelekom»un Körpüqıran da daxil olmaqla bir neçə kəndə nəzarət edən müvəkkilinə müraciət edib.

«Kəndə gələn internet xəttinin çəkilişini görənlər şoka düşürlər. Təsəvvür edin, internet xətti yüksəkgərginlikli elektrik xəttinin dirəklərinə bağlanıb. Xətlər yerlə keçir. Dəfələrlə azyaşlı uşaqların kabel xəttinin üzərində yellənçək kimi yelləndiklərinin şahidi olmuşam», -şikayətçi söyləyib.

Vüqar Əsədovun sözlərinə görə, pandemiya dövründə uşaqların onlayn təhsilə qoşulması üçün Data Kart-dan istifadə ediblər. Bu isə onsuz da çətinliklə dolanan ailələr üçün əlavə yük olub:

«Kənddə təxminən 100 ailə yaşayır. «Aztelekom»un sahə rəisinə məlumat verdik ki, kabellər yerlə çəkilib, bu, təhlükəlidir. Dedi ki, əlavə avadanlıqlar verilmir, öz cibindən xərc cəkə bilməz. Kəndimiz rayon mərkəzindən cəmi bir neçə kilometr aralıda yerləşir. Kəndin yolları təmir edilib, asfalt örtüyü çəkilib. Amma nə telefonlar işləyir, nə də keyfiyyətli internet var».

«Aztelekom»dan Meydan TV-yə şikayətdən xəbərsiz olduqlarını bildiriblər. Həmçinin onu da deyiblər ki, problem varsa, yalnız şikayətçilərin özlərinə cavab verə bilərlər.

Nazirliyin mətbuat xidmətindən isə bildiriblər ki, mətbuatın suallarına yalnız nazirin müşaviri cavab verir. Ona görə də sualların yazılı göndərilməsi istənilib. Meydan TV əməkdaşı nazirliyə yazılı sorğu ünvanlasa da, hələ cavab almayıb.


Oxunub: 330

Son xəbərlər

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Bütün xəbərlər