“İran bizdən xəbərsiz Xudafərində...” - deputat

DogruXeber.az: - “İslam Əməkdaşlıq Təşkilatının sammiti zamanı Aşqabadda hiss edilirdi ki, Azərbaycan və İran arasındakı mövcud gərginlik arxada qalıb. Hər iki ölkənin prezidentlərinin bir araya gəlməsi, müzakirələr aparması və müsbət mesajlar verməsi bunun göstəricisi idi. Əslində Azərbaycan heç vaxt İranla gərgin münasibətlərin olmasını arzu etməyib. Hesab edirəm ki, İran da bu haqda düşünməlidir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-İran münasibətlərindən danışarkən deyib.

Onun fikrincə, Azərbaycan-İran münasibətlərində hansısa dövrlər gərginlik müşahidə edilir: “Bir daha qeyd edim ki, Azərbaycan qonşuları ilə gərgin münasibətlərin olmasını arzu etməyib. Amma İran tərəfindən müəyyən hərəkətlər olub. Məsələn, Xəzər dənizində. Elcədə İran bizdən xəbərsiz Xudafərin su elektrik stansiyası tikirdi. Amma biz onu məcbur etdik ki, bu mövzunu bizimlə razılaşdırsın və sonra işlərə başlasın. Yəni bu kimi hallar mövcud olub. İndi İran da çalışmalıdır ki, əlaqələr yaxşı olsun və inkişaf etsin”.

R. Musabəyov qeyd edib ki, Azərbaycan-İran münasibətlərində gərginlik azalsa da, rəsmi Tehran yenə Ermənistanın maraqlarını qoruyacaq: “Çünki İrana belə sərf edir. Əvvəla bunlar sərhəd ölkələridir. Digər tərəfdən, mümkündür ki, İran bank hesabları və maliyyə əməliyyatlarını bu ölkə vaitəsilə edə bilər. Dünyaya yayılan erməni disasporası var və İranın onlardan istifadə etməsi də mümkündür”.

Politoloqun sözlərinə görə, İran anlayır ki, Azərbaycan və Ermənistanın əhəmiyyəti tam fərqli ölçüdədir: “Yəni Ermənistan İran üçün Azərbaycan qədər əhəmiyyətli ola bilməz. Lakin bir daha təkrar edirəm ki, İran Ermənistanın saxlanılmasında maraqlıdır, amma bu o demək deyil ki, İran ermənilərin dediyi ilə hesablaşacaq”.

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər