İsmayıllını yarıtmayan icra başçısı... - YERİNDƏ OLMAYANLAR...

DogruXeber.az: - İsmayıllı kimi böyük və bahalı rayona icra baçısı təyin olunandan düz 1 ay sonra Prezident tərəfindən TÖHMƏT verilən Nahid Bağırov kimdir ?
Bu adamın rəsmi tərcümeyi-halından bəlli olur ki, 1979-da Bakıda doğulub, 1999-cu ildə, yəni 20 yaşında Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib və tələbə ola-ola 18 yaşında Sabunçu rayon məhkəməsində katib vəzifəsində işləyib...
Burda bir STOP.
Birincisi, 18 yaşlı 1-ci kursa tələbəsi necə rayon məhkəməsində katib işləyə bilərdi ?
Bu adam Allah qoymasa hələ ABU kimi universitetə təzə daxil olub...
Nə isə davam edək.
Deməli, Sabunçu məhkəməsində çalışan Nahid Bağırov qəfildən “Sir” hüquq şirkətində prezident olub.
Bu adamdan soruşan lazımdır ki, sən özün, ümumiyyətlə, hüquq anlayışını bilirsənmi, hüquq şirkətində prezident olursan ?
Nahid Bağırov sonra hüquq aləmindən uzaqlaşaraq TURİZM aləminə baş vurub.
Sonra bu adamın sorağı BMT-dən gəlib, BMT-nin nəzdindəki Turizm Təşkilatının vitse-prezidenti SEÇİLİB.
Seçmək məsələsi deyəndə yadıma Nahid müəllimin 2020-ci ildə keçirilən növbədənkənar Milli Məclis seçkilərində 62 sayli Saatlı Seçki Dairəsi üzrə namizəd olması düşür. O, güclə 3 faiz səs toplaya bildi.
Adama deyərlər Saatlıda 3 faiz səs toplayan Nahid Bağırov BMT-də necə vitse-prezident seçildi ?
Vallah, bu rəzalətdir, rüsvayçılıqdır.
Hələ Allah qoymasa, Nahid Bağırovun adı-soyadı TQDK-nın qəbul siyahısında tapılmır. Bəs, bu adam necə universitetə qəbul olub ?
Nə isə, çox qurdalamayaq, çünki qurdaladıqca.....
Sonradan Nahid Bağırov BDU-nun hüquq fakültəsinə girib, amma çıxmağı barədə məlumat yoxdur....
Sonra inkişafa-filana görə, “Tərəqqi” medalı alıb, hətta “ Aviasiya işçisi” adına layiq görülüb.
Vallah, anlamaq olmur kİ, Nahid müəllim vertalyot, yoxsa samalyot sürürmüş-nədir? Nə aviasiya...?
Nə isə, deputat seçilə bilməyən, 3 faiz səs yığan Nahid Bağırov 1 ay sonra İsmayıllının icra başçısı təyin olundu. Və nə qədər acı olsa da “qırxı” çıxmadan Prezident tərəfindən töhmət aldı.
Töhməti belə izah etdilər ki, icra başçısı karantin qaydalarını pozaraq İsmayıllıda turistik məqsədlə yaylağa çıxıbmış.
Amma sonradan bəlli oldu ki, yaylaq-zad söhbəti deyilmiş, təzəcə icra başçısı təyin olunan Nahid müəllim, rayonda sıxılıb və gecə ikən özünü verib Bakıdakı Qala restoranına və səhərəcən hoqqa göstərib...
Nə isə, bunun da üstündən keçək.
Deməli, təzə icra başçısı göstəriş verib ki, İsmayıllıda divarlara şəkil çəkilməlidir və bunun üçün 40 min manat dövlət vəsaiti ayırıb.
Şəhid və qazi ailələrinə kömək etməyən icra başçısı divara şəkil çəkməyə 40 min manat pul ayırır.
Görəcəkli günlərimiz var imiş, vallah. Nadinc uşaqların kömürlə divarlara şəkil çəkməsini görmüşdük, özü də pulsuz...
İcra başçısı isə 40 min manata divarlara şəkil çəkdirir...
Onu da qeyd edək ki, icra başçısının rayon mərkəzi üzrə nümayəndəsini DTX rüşvət və korrupsiyaya görə həbs etdi.
Bəs icra başçısı hara baxırdı?
Cənab Nahid Bağırov !
Hər şeyi qoyaq bir kənara.
Axı, Prezident sizi mühüm vəzifəyə təyin edəndə cəmiyyətin qarşısında, televizorda açıq şəkildə dedi ki, sizlərə etimad göstəririk, amma doğrultmasanız, cəzanızı alacaqsınız…
Cəzan mübarək, Nahid Bağırov… //gundelik-baku.com//

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər