Yüksək rütbəli hərbçiləri yetişdirmək üçün neçə il sərf olunur? - AKTUAL

30 noyabr tarixində Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması və qəza nəticəsində 14 yüksək rütbəli hərbçinin həyatını itirməsi xəbəri hər bir azərbaycanlını dərindən sarsıdıb.
Bir daha qeyd edək ki, qəza nəticəsində şəhid olan hərbçilərin rütbələri polkovnik, mayor, kapitan, leytenant, baş-leytenandır. Bu rütbəli hərbçilərin, peşəkarların hazırlanması illər tələb edir.

Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu hadisə təkcə Dövlət Sərhəd Qoşunlarına yox, ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinə böyük bir zərbədir.

“Zabit heyətini hazırlamaq, onu peşəkarlıq səviyyəsinə gətirmək illər tələb edir. Baxın, 3 il Cəmşid Naxçıvanski adına hərbi lisey, 4 il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil alırlar, daha sonra isə Azərbaycanda, Türkiyədə və s. xarici ölkələrdə kurslar keçirlər. Yəni, orada pilot olmaq üçün həddindən artıq əziyyət çəkmək, 10-15 il arası müddət sərf etmək lazımdır ki, prafisional zabit yetişsin. Təbii ki, burada mütəxəssislərdən söhbət gedir.

Bu, çox acınacaqlı haldır. Bu təkcə Dövlət Sərhəd Qoşunlarına yox, ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinə böyük bir zərbədir. Çünki bizə bundan sonra hələ 15 il lazımdır ki, oradakı şəhid olan pilotlarımızı yenidən yetişdirək, cəmiyyətə təqdim edək. Ələxsus da bu insanlar döyüşdə olmuş, rəşadətlə döyüşmüş, qəhrəman zabitlər idi. Yəni, döyüş təcürəsi olan zabitlər idilər.

Bu dövlət, ordu üçün kifayət qədər böyük itkidir. Burada istintaqın necə aparılacağına qarışa bilmərik. Nəticəni gözləməliyik. Amma bu helikopterləri nə qədər tez yeniləsək, dəyişdirsək, gələcəyimiz üçün bir o qədər də yaxşı olar. Praktika göstərir ki, bu cür qəzalar əvvəllər də baş verib. Bu helikopterlər köhnədir.

Şəhidlərimizin hər birinə Allahdan rəhmət, ailələrinə isə sərb diləyirəm”.

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər