gundem / siyaset
2.12.2021, 15:43
"Bugünkü Azərbaycan “ziyalısı” Azərbaycan xalqının üz qarasına çevrilib!" - ETİRAZ
DogruXeber.az: - “Bugünkü Azərbaycan “ziyalısı” Azərbaycan xalqının üz qarasına çevrilib! Özləri üçün ev-eşik, pul-para , fəxri ad almaq üçün prezidentə yaltaqlanıb, mədhiyyə oxuyan bu zavallılar sürüsünün ölümün bir addımlığında dayanan bir əsgər, bir qazi üçün ölkə başçısına mütaciət eləməyə cəsarəti çatmır”.
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış şair Rüstəm Behrudi bildirib.
R.Behrudi bildirib ki, Saleh Rüstəmli mükafatlarına yiyələndiyiniz bu xalqın ləyaqətli övladlarından biri, savaş qazisidir: “Susmaq üçün aldığınız bu mükafatlar vicdanınız üstündəki qara ləkədir. Heç olmasa bircə dəfə ölüm ayağındakı ləyaqətli bir adam üçün ölkə başçısına müraciət eləyin. Tanrı günahlarınızı bağışladı bəlkə. Yadınızda saxlayın, zamanı və ədəbiyyatı aldatmaq olar, əbədiyyəti əsla!”