Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında yenidən gərginlik - QALMAQAL

DogruXeber.az: - Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 1-də bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası həyata keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı təşkil edilən aksiyada döyülməsi ətrafında müzakirələr səngimir. “Qafqazinfo” xəbər verir ki, bəzi siyasətçilər Yaqublunun döyülməsinin təxribat olduğunu, digərləri isə qəsdən həyata keçirildiyini iddia edirlər. Elə bu mövzuda aparılan müzakirələrə REAL Partiyası da biganə qalmayıb. Belə ki, aparılan müzakirələr hər iki siyasətçini üz-üzə qoyub.

Partiyanın icra katibi Natiq Cəfərli status yazaraq Tofiq Yaqubluya qarşı edilən cinayətin dövlət adına ləkə olduğunu vurğulayıb:

“Hakimiyyətin ağıllı siyasəti olsa, bunu özü araşdırar, aksiyanın bütün "kodlarını" açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki, həqiqət üzə çıxsa, çox adamlar şok olar, "poqonlara" bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar”.

N. Cəfərlinin sözügedən statusunda Tofiq Yaqublunun siyasətçi olmadığını deməsi isə sosial şəbəkədə gedən müzakirələri daha da dərinləşdirib. Bu fikrinə görə, REAL üzvü sərt tənqidə məruz qalıb. Bildirilib ki, etiraz aksiyası keçirmək vətəndaşların qanunla təsbit edilmiş haqqıdır.

Daha sonra isə N. Cəfərli partiyanın deputatı Erkin Qədirlinin Tofiq Yaqublu ilə telefonla danışdığını, hüquqi və digər məsələlərdə ona dəstək olacağını deyib: "Erkin Qədirli ilə Tofiq Yaqublu mədəni söhbət aparıb. Tofiq Yaqublu ona təşəkkür edib".

Günün ikinci yarısında isə Tofiq Yaqublu onun döyülməsi ətrafında baş verən siyasi müzakirələrə laqeyd qalmayıb. O, sosial şəbəkə hesabında N. Cəfərlinin onun döyülməsi faktına sərgilədiyi münasibəti qınayıb. Onu siyasətçi adlandırmamasının özünə qarşı aşağılayıcı mövqe olduğunu vurğulayıb.

N. Cəfərli isə son olaraq bu mövzuda status paylaşaraq sözügedən fikirlərinə görə onun qəsdən AXCP rəhbərliyinin göstərişi ilə sosial şəbəkədə söyüldüyünü bildirib. Buna görə qəzəblənən Cəfərli həmin şəxslərə son xəbərdarlığını edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”. Daha sonra isə onu təhqir edənlərin statuslarının şəklini paylaşıb.

Xatırladaq ki, T. Yaqublunun döyülməsi barədə Daxili İşlər Nazirliyi dekabrın 1-də məlumat yayıb. Bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".

Bu gün isə T. Yaqublu ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət edilib.

Son xəbərlər

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ...- "Araz aşığından, Kür topuğundan"...

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

Bütün xəbərlər