Nazir məmurlara “hədiyyə” və “qonaqlığı” qadağan etdi - YENİ ŞƏRTLƏR

DogruXeber.az: - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunda Rüşvət Əleyhinə İdarəetmə Sistemi yaradıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Fondun Rüşvət Əleyhinə İdarəetmə Sisteminin tərtib və tətbiqinə nəzarət edən məsul şəxs də təyin edib. Nazirliklə bərabər, digər tabeçi qurumlarda da bu sistem tədricən tətbiq edilir.

Rüşvət Əleyhinə İdarəetmə Sisteminin yaradılması qurumda tətəbiqinə ötən ildən başlayan beynəlxaql "İSO 37001" standartının (antikorrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi çərçivəsində növbəti addımdır. Bu standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərini aradan qaldırmaq üçün təlimat, prosedur və siyasət dəstəyini təmin edir.

Bu addımların davamı olaraq yaradılan Rüşvət Əleyhinə İdarəetmə Sistemi çərçivəsində nazirlikdə çalışan məmurlar qarşısında qoyulan şərtlər aşağıdakılardır:

Rüşvət - Xidməti vəzifələrin (səlahiyyətlərin) icrası ilə əlaqədar fikirlərinə və ya davranışlarına təsir göstərmək üçün başqalarına hədiyyələr və s. nemətlərin təqdim edilməsi. Rüşvətə aşağıda göstərilən, lakin bunlarla məhdudlaşmayan, "otkat”, "şirinlik”, "hörmət” və s. də daxildir.

Rüşvətxorluq - Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və s. neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi.

Dolayı rüşvət - Vasitəçilərin (agentlərin) iştirakı ilə rüşvətin təqdim, qəbul, təklif edilməsi, rüşvətə razılığın verilməsi.

Nemət və ya imtiyaz - pul, hədiyyələr, borc, ödənişlər, qonaqlıq, xidmətlər, endirimlər, müqavilənin təltifi və yaxud hər hansı dəyərli əşya (mükafat).

Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və s. nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməsi və ya təqdim etməsi, yəni şəxsi mənfəət üçün həvalə edilmiş səlahiyyətlərdən sui-istifadə.

Uyğunsuz davranış - şəxsin qeyri-qanuni, qeyri-etik və qərəzli hərəkətləri və ya etibardan sui-istifadə etməsi. Uyğunsuz davranış hər hansı fəaliyyət və peşəkar fəaliyyət zamanı, ictimai funksiyalar həyata keçirilərkən, əmək münasibətləri zəminində və digər hallarda ortaya çıxa bilər.

Maraq(lar)ın toqquşması - müxtəlif tərəflərin bir-biri ilə toqquşan maraqlarının olduğu hal. Bu cür maraqların toqquşması Fond və onun İdarə Heyətinin üzvləri, işçiləri, struktur bölmələri, birgə fəaliyyət partnyorları, habelə aidiyyəti qurumlar (bundan sonra birlikdə MTT və ya "Maraqları Toqquşan Tərəf(lər)”) arasında yarana bilər.

Qeyri-qanuni mükafat və ya "Otkat” - Müqaviləni təmin etmək üçün vəzifəli şəxsə müqavilənin dəyərinin bir hissəsinin rüşvət kimi ödənilməsi;

"Şirinlik” - bir əməliyyat başa çatdıqdan sonra əməliyyat üzərində təsirin olduğunu işarə edən dəyərli əşyanın verilməsi/alınması;

Stimullaşdırıcı ödəniş və ya "hörmət” - ödəyicinin rutin inzibati əməliyyatlarının sürətləndirilməsi üçün, Fondun işçilərinə və ya Fondun işçiləri tərəfindən qanunsuz olaraq ödənilən xırda rüşvət. Sürətli xidmətin göstərilməsi üçün rəsmi qaydada təsdiqlənmiş dövlət rüsumları stimullaşdırıcı ödəniş (rüşvət) sayılmır.

Vəzifəli şəxs - (i) istənilən dövlət orqanının və / və ya hər hansı dövlətə məxsus və ya dövlət tərəfindən idarə olunan şirkətin və / və ya beynəlxalq ictimai təşkilatın istənilən rəsmi nümayəndəsi, direktoru, əməkdaşı və ya işçisi; (ii) hər hansı dövlət orqanı, agentliyi, departamenti və ya beynəlxalq ictimai təşkilat adından çıxış edən, yaxud hər hansı rəsmi, qanunverici, inzibati və ya məhkəmə səlahiyyəti olan istənilən şəxs.

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər