Həmsədrlərin gecikmiş bəyanatı: - “Qatar çoxdan gedib”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Stokholmda Qarabağla bağlı bəyanat qəbul ediblər.

Bu barədə ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının yekunları üzrə keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Əlbəttə, biz bu sessiyanın, o cümlədən 10 ildir qəbul olunmayan siyasi bəyannamənin daha zəngin nəticələrini görmək istərdik. Çünki hamı çalışır ki, təhlükəsizliyi gücləndirmək üçün ümumi vəzifələrə diqqət yetirmək əvəzinə, öz xırda sualları ilə bəyannamə doldursun”, - Lavrov qeyd edib.

O, həmçinin bildirib ki, bəyanat digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının vasitəçilik səylərini alqışlayır.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib. Bununla yanaşı, Fransa və ABŞ-ın Qarabağla bağlı danışıqlarda ATƏT-in iştirakı üçün səylərini artırdığının şahidi oluruq. Amma görünən odur ki, bu məsələlərdə Rusiya nə hər iki dövlətin öz aralarında danışığını, nə də Minsk qrupunu tam dəstəkləyir. Rusiya öz vasitəçiliyini daha çox qabardır.

Belə olduqda, ATƏT-in geri çəkildiyini və məsələni tamamiləRusiyaya həvalə etdiyini deyə bilərikmi?

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın bu məsələdə heç bir quruma ehtiyacı yoxdur:

"Lavrov peşəkar diplomatdır və bundan yararlanmağa çalışır. Azərbaycan ATƏT-in 30 ilə həll edə bilmədiyi məsələni özü həll edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edib. Artıq Azərbaycanın o instituta ehtiyacı qalmayıb. Onlar özləri yenidən dirilməyə çalışırlarsa, bu, onların problemidir. Rusiya çox ustalıqla bundan yararlanmağa çalışır. Çünki ABŞ həmsədrlik məsələsini, olmayan Dağlıq Qarabağ status məsələsini yenidən gündəmə gətirir. Yəni bir növ Qafqaz siyasi cəhətdən yenidən "bölünməz alma"ya çevrilib. ABŞ və digər ölkələr öz Qafqaz maraqlarını təmin etmək istəyirlər. Rusiya da Qafqazda təmin olunmuş maraqlarını qorumaq istəyir. Ona görə də Lavrov belə danışır. Amma bizim gördüyümüz odur ki, Rusiya son 15 ay ərzində həqiqətən həmsədr statusuna keçə bilən dövlətdir".

Azərbaycanın özünün həmsədr institutunun yaratdığını deyən politoloq hesab edir ki, bu məsələlərdə kimin nə danışdığının Azərbaycan üçün əhəmiyyəti yoxdur:

"Azərbaycan Rusiya və Türkiyə duetindən ibarət həmsədr institutunu yaradıb. Bunu ölkələr qeyri-rəsmi qəbul etsələr də, bu, ölkəmiz üçün rəsmidir. Bizdə münaqişə olmadığı üçün ATƏT-in hansısa institutuna ehtiyac yoxdur. Ona görə də Stokholmda yox, harada istəyirlər toplaşsınlar, bunun Azərbaycana heç bir dəxli yoxdur. Lavrovun da bu məsələni necə dəyərləndirməsinin bizə aidiyyəti yoxdur. Təbii ki, belə bəyanatlar getdikcə artacaq, çünki həm Türk Dövlətləri Birliyi yaranıb, həm də Azərbaycan Qafqazda öz maraqlarına uyğun olaraq sistem qurub. Xristian dünyası çalışacaq ki, bizim maraqlarımızı özlərinə uyğun dəyişsinlər. Onların nə deməsindən asılı olmayaraq Azərbaycan ordusu, Azərbaycan Prezidenti, Azərbaycan özü öz problemini həll edib. Bizim belə bir problemimiz yoxdur, olmayan problem haqqında kimin nə deməsinin önəmi yoxdur. Onlar üçün qatar çoxdan gedib".

Son xəbərlər

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib

Bədbəxt hadisə nəticəsində ölən Aysunun FOTOsu

Vüsalə Əlizadənin verilişinin yayımı qəfil dayandı

Anasını balta ilə qətlə yetirən şəxs axtarılı

Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - FOTO

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

ƏSSMN: Hər il 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir

Bütün xəbərlər