Bakıda "Omicron"a hazırlıq: bəzi məktəblərdə valideynlərdən arayış tələb olunur - NƏ BAŞ VERİR?

DogruXeber.az: - Son günlər Bakı qəsəbələrində ümumtəhsil məktəblərinin direktorlarının şagirdlərin ailə tərkibinə dair arayış təqdim etmələri ilə bağlı ajiotaj yaranıb. Belə ki, Balaxanı kəndindəki 259 nömrəli tam orta məktəbdə məktəblilərin valideynlərindən də analoji arayış tələb olunur.

Valideynlər ailə tərkibi haqqında arayış almaq üçün RİH-nin kənd nümayəndəliyinə müraciət etdikdə onlardan "COVID pasportu", həmçinin gücləndirici ("buster") dozalı peyvənd arayışı tələb olunur. Bu olmadan sertifikatlar verilməyəcək.

Kənd nümayəndəsinin işçiləri belə gizlətmirlər ki, bu yolla valideynləri peyvənd etməyə, "COVID pasportu" olanları da gücləndirici dozaya sövq edirlər. Baxmayaraq ki, hələ bu ilin avqustunda, dərs ili başlamazdan əvvəl Azərbaycan Təhsil Nazirliyi məktəblilərin valideynlərinin məcburi peyvənd olunması ilə bağlı məktəblərə heç bir tələb qoymadığını açıqlamışdı.

Və dərs ili başlayandan peyvənd olunmayan valideynlərin məktəb binalarına buraxılmağını dayandırıblar. Görünür, indi dünyada koronavirusun "Omicron" ştammı yayılmağa başlayanda əhalinin peyvənd olunmasını bu yolla sürətləndirməyə qərar verən “ağıllılar” peyda olub.

Məktəbin "WhatsApp" qrupları və sosial şəbəkələr bu qərarı aktiv şəkildə müzakirə edirlər. Əksər valideynlər qəzəblənirlər. Onları məktəbdən yükləndikləri bəs etmir, hələ bi problem də ortaya çıxıb.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov AYNA-ya qısa olaraq deyib ki, təhsil müəssisələrinin valideynləri peyvənd etməyə məcbur etmək hüququ yoxdur.

Lakin nəzərə alsaq ki, peyvənd olunmamış şəxsləri ailə tərkibi haqqında arayış gətirmək məcburiyyətində qoyan məhz məktəb direktorları olub, peyvənd olunmamış şəxslərə bu arayışın verilməsinin arxasında hansı qurumun dayanması barədə artıq müvafiq nəticə çıxarmaq olar.

Bu zaman sual doğur: əsas dozanın qəbulundan kifayət qədər vaxt keçməyibsə, gücləndirici doza ilə vətəndaş necə peyvənd oluna bilər. Axı gücləndirici doza əsas peyvənddən altı ay sonra vurulmalıdır. Eyni zamanda, 259 nömrəli məktəbdə qeyd edirlər ki, ailə tərkibi haqqında arayış təqdim edilməzsə, məktəbliləri UTİS kodlarından məhrum edəcəklər.

Bu baxımdan həmin “ağıllı oğlanlar” üçün təbii suallar yaranır: onlar bilirlərmi ki, düşünülməmiş və qanunsuz qərarlarına görə valideynlərin böyük növbələrdə yığılması koronavirusun yayılması üçün əlverişli şərait yaradır? Hələ sertifikat alarkən korrupsiya hallarını demirik.

Üstəlik, bu üsuldan “ağıl dəryaları” əhali arasında çaxnaşma salmaq üçün istifadə edirlər - axı rəsmi məlumata görə, Azərbaycanda "Omicron" ştammı hələ qeydə alınmayıb...

Son xəbərlər

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib

Bədbəxt hadisə nəticəsində ölən Aysunun FOTOsu

Vüsalə Əlizadənin verilişinin yayımı qəfil dayandı

Anasını balta ilə qətlə yetirən şəxs axtarılı

Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - FOTO

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

ƏSSMN: Hər il 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir

Bütün xəbərlər