Uşaq bağçasına dönən ordu: - Papikyan kütləvi ixtisarlara hazırlaşır







Ermənistanda Müdafiə Nazirliyi ilə bağlı qalmaqallar səngimək bilmir. İkinci Qarabağ müharibəsindən bir il keçməsinə baxmayaraq ordu rəhbərliyi, yüksək rütbəli hərbi məmurlar bir neçə dəfə dəyişdirilib. Məğlub nazir David Tonoyan isə bir sıra generalları ilə bərabər həbsə atılıb.
Artıq baş nazir Nikol Paşinyanın yeni təyin etdiyi müdafiə naziri Suren Papikyan da nazirlikdə "təmizlik işləri" aparmağa başlayıb. AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb. Qəzet yazır ki, Suren Papikyan təyinatdan sonra mütəmadi olaraq Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını toplayıb onların funksiyaları, gördüyü işlərlə şəxsən tanış olur. Müdafiə Nazirliyinin rəhbərliyində keçirilən görüşlər nəticəsində müəyyən təhlillər aparılıb və ordudakı durumu daha da ağırlaşdıran bəzi formalaşmış "ənənələri" aradan qaldırmaq üçün kadr dəyişiklikləri qərara alınıb.

- Məsələ burasındadır ki, yeni təyin olunmuş nazir öyrənib ki, nazirliyin struktur bölmələrinin əməkdaşları müəyyən vacib işlərin yerinə yetirilməsinə görə məsuliyyəti bir-birinin üzərinə atırlar, bir çox hallarda isə iş getmirlər... Belə halları aradan qaldırmaq üçün yaxın vaxtlarda Müdafiə Nazirliyinin bəzi idarələrində kütləvi ixtisarlar olacaq,-ölkənin tanınmış nəşri yazıb.

Qeyd edək ki, Suren Papikyan Nikol Paşinyanın ən yaxın dostlarından və etibar etdiyi kadrlardan sayılır. Ermənistan hüquq-mühafizə orqanlarında, xüsusən də məhkəmələrlə ordu sistemində hələ də "köhnələrin"-Qarabağ klanının xeyli sayda kadrı və tərəfdarı qalmaqdadır. Orduda ciddi islahatların labüdlüyü hələ bu ilin əvvəlində baş qərargah rəisi Onik Qasparyanın Nikol Paşinyanla ciddi münaqişəyə girməsi ortaya qoymuş oldu.

Xatırladaq ki, Qasparyan bəyanat yayaraq Nikol Paşinyanı istefa verməyə çağırmışdı. Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi. Prezident Armen Sarkisyan Baş qərargah rəisini istefaya yollamaqdan imtina etmişdi. Ümumilikdə isə Qasparyandan sonra da ordu rəhbərliyi bir neçə dəfə uğursuz fəaliyyət və digər müəmmalı məqamlara görə dəyişdirildi. Məhz bu səbəbdən yerli media "nazirlik uşaq bağçasına dönüb" yazaraq tez-tez rəhbər dəyişikliyinin baş verməsini təhlükəli məqam kimi qiymətləndirir.

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər