Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır - "Minasyan işi" böyüyür

DogruXeber.az: - Ermənistanda “Sisakan” adlı silahlı dəstə başçısı Aşot Minasyanın həbsə atılması ölkədə rezonans doğurub. AzVision.az xəbər verir ki, Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın çıxardığı qərar İrəvanda birmənalı qarşılanmayıb.
Hazırda hüquq müdafiəzçiləri, müxalifətçilər hakimin müstəntiqin 15 noyabr 2020-ci il tarixli vəsatətini təmin etməsini siyasi sifariş kimi qiymətləndirirlər. Minasyanın vəkili Miqran Poqosyan qərara reaksiya verərək “Həbs üçün faktlar vacib deyil, hakimiyyətin istəyi önəmlidir” deyib.
Onun sözlərinə görə, prokurorluğun şikayətinin mahiyyəti ondan ibarət olub ki, Minasyan guya ədalət mühakiməsindən yayına bilərmiş və ya işin araşdırılmasına mane olacaqmış. Yəni ortada belə bir ehtimal olub.

Ötən ilin noyabrında birinci instansiya məhkəməsi müstəntiqin oxşar vəsatətini əsassız sayaraq Minasyanı həbsə almaqdan imtina edib. Apellyasiya Məhkəməsi isə bir il sonra, keçən il ifadə edilən məlum ehtimalları etiraf etdi. Prokurorluq bu il Minasyanın mühakimədən qaçmaq və ya istintaqa mane olmaq cəhdi ilə bağlı bir fakt da təqdim etməyib. Apellyasiya instansiyasının qərarı absurddur. İl ərzində istintaq bir addım belə atmadı, ortada heç bir yeni fakt və ifadə də yoxdur. Belə bir şəraitdə məhkəmə binanın qarşısında saat yarım gözləyən müvəkkilimin həbsinə qərar verdi.

Hüquq müdafiəçisi Nina Karapetyants isə "Minasyan işi"nin hansısa cinayət əməlinə verilən qiymətdən çox siyasi sifariş olduğunu düşünür. Karapetyants hesab edir ki, Minasyanın gizlənəcəyi və ya istintaqa müdaxilə edəcəyi ilə bağlı ittihamlar siyasi sifariş variantının lehinə işləyir. Həmçinin Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan da haqqında söz açılan prosesin arzuolunmaz istiqamətə yönəldiyini deyib. O bildirib ki, məhkəmə sistemində qorxu mühiti hökm sürür. Ümumilikdə isə əksər erməni hüquq müdafiəçiləri “Sisakan” rəhbərinin həbsini siyasi qərar kimi qiymətləndirirlər.

Xatırladaq ki, Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq ondan külli miqdarda silah-sursat aşkarlanaraq götürüldüyünü bəyan edib. Telefon danışıqlarının qeydləri də dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.

Onunla yanaşı Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Respublika partiyasının keçmiş deputatı Vaqram Baqdasaryan və “Daşnaksütyun”un üzvü Aşot Avakyan da saxlanılıb. Lakin tezliklə onların hamısı sərbəst buraxılıb. .

Qeyd edək ki, Minasyan İkinci Qarabağ müharibəsində dəstəsi ilə döyüşüb.(dia.az)

Son xəbərlər

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib

Bədbəxt hadisə nəticəsində ölən Aysunun FOTOsu

Vüsalə Əlizadənin verilişinin yayımı qəfil dayandı

Anasını balta ilə qətlə yetirən şəxs axtarılı

Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - FOTO

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

ƏSSMN: Hər il 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir

Bütün xəbərlər