İTV-nin "şəhidin sevgilisi" təqdimatı SAXTA ÇIXSA DA... - Hanı üzrxahlıq?..

DogruXeber.az: - Ötən il minlərlə şəhid verdik. Minlərlə ana gözüyaşlı qaldı. Aradan heç bir il keçməmiş şəhidlərin adından istifadə edən dələduzlar meydana çıxmağa başladı. Sosial şəbəkələrdə şəhid adına səhifə açıb pul yığan da oldu, şəhid anasına oğlun sağdı deyib pul alan da, şəhidin kartını oğurlayıb şəhid haqqını yeyən də, şəhidlərin evindən oğurluq edənlər də, dövlətin şəhidlərə verdiyi qan pulunu bölə bilməyənlər də....
Bu olduqca həssas bir mövzudur, hamının qanayan yarasıdır şəhidlərimiz. Onların adınadan istifadə etmək və onların haqqını yemək vicdan məsələsi olmaqla yanaşı, həm Allah qarşısında günahdır, cinayətdir.

Bir neçə gün öncə isə, özünü Şəhid Daşqın Şəfiyevin “sevgilisi” deyə təqdim edən bir qız çıxdı ortaya. İTV şəhidlər haqqında bir film yayımlayıb. Filmdə Nigar adlı bir qıza da yer verilib. Bu xanım gülümsünə-gülümsünə, şəhid Daşqın Şəfiyev haqqında danışır. Daşqının “səni özüm alacağam” dediyi qızın özü olduğunu iddia edirdi. Nə böyük günah, nə böyük haqqsızlıq. Qanı hələ qurumamış şəhidin adından özünü reklam etmək, izləyici yığmaq, pul qazanmaq. Şəhid Daşqının “səni özüm alacağam” dediyi qız gürcü qızı Nana olduğu halda, Nigar adlı birinin çıxıb ortaya buna iddia etməsi... Düzü, haqq qazandırılası bir hal deyil.

İTV-nin "şəhidin sevgilisi" təqdimatı SAXTA ÇIXSA DA... - Hanı üzrxahlıq?..


Şəhidin qardaşı Orxan Şəfiyev bu barədə video hazırlayaraq sosial şəbəkələrdə paylaşıb. Şəhidin qardaşı həmin qızın Nigar deyil, gürcü qızı Nana olduğunu bildirir. Orxan Şəfiyev deyir ki, Nigar adlı xanım, şəhidin adından istifadə edir, izləyici yığıb pul qazanır. Orxan Şəfiyev paylaşdığı videoda hüquq-mühafizə orqanlarına da müraciət edərək bu qız haqqında tədbir görülməsini tələb edib. O, Nananın Daşqın şəhid olan gündən ailə ilə ünsiyyətdə olduğunu, dəstək olduğunu da dilə gətirib.

“Bu qadın qardaşımın adından istifadə edir. Çox xahiş edirəm, hüquq-mühafizə orqanlarında bu xanım haqqında ölçü götürülsün. Ayıb olsun. Bilmirik dərdimizi çəkək, yoxsa...” - deyə Orxan Şəfiyev bildirib.



Həqiqətən vəziyyət acınacaqlıdır. Şəhidin sevgilisi olduğunu iddia edib reklam olunmaq... Və həqiqətən çox maraqlıdır, İTV niyə araşdırmadan çəkdiyi filmdə bu xanıma yer verib? Bu, şəhidin ruhuna hörmətsizlik deyilsə, nədir?

Açıqlama gözləyirik.
Bizimyol.info


Oxunub: 167

Son xəbərlər

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər