Sosial şəbəkədi "razborka" QANLIGÖLDƏ BİTDİ - TƏFƏRRÜAT

DogruXeber.az: - Noyabrın 26-da Bakıda alı təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan əraziyə çağırıb.
Bu barədə DİA.AZ-a DİN-dən verilən məluumata deyilir.



Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər. Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən və hələ də polisə şikayət etməyən vətəndaşlar varsa bu barədə Yasamal Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Son xəbərlər

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ...- "Araz aşığından, Kür topuğundan"...

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

Bütün xəbərlər