NƏ BAŞ VERİR: Mina xəritələrinin dəqiqliyi sual altındadır? – “Son sözü ANAMA deyəcək”

DogruXeber.az: - Xəbər veridyimiz kimi, dekabrın 4-də Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi. Nəticədə işğaldan azad olunan digər ərazilərin mina xəritələrini əldə edə bildi. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə Ermənistana təhvil verilən şəxslər 16 noyabr 2021-ci il tarixində işğalçı ölkənin silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.

Demək olar ki, işğaldan azad edilən bütün minalı ərazilərin xəritələri artıq əlimizdədir, lakin onların dəqiqliyinin əvvəlkində yaxşı olduğunu düşünə bilmərik. Dəqiqlik barədə son sözü yəqin ki, yaxın günlərdə Silahlı Qüvvələrin mühəndis xidmətləri və ANAMA deyəcək.

Mina xəritələrinin qaytarılmasını “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından 13 ay keçməsinə baxmayaraq hələ də Azərbaycan vətəndaşları Ermənistanın ərazilərimizdə basdırdığı minalarda sağlamlığını və ya həyatını itirməkdə davam edir:

“Bir neçə dəfə İrəvan Azərbaycana mina xəritələrini təqdim etsə də, bu günə qədər onların böyük əksəriyyəti Ermənistan Müdafiə Nazirliyinin Mühəndis qoşunlarının arxivində saxlanılırdı. Əvvəl təqdim edilən 3 rayonun xəritələrin cəmi 25 faiz dəqiq olması isə daha geniş araşdırma tələb edən mövzulardan biridir. Ermənistan hökuməti dəqiq xəritələrə malik olduğunu etiraf etsə də, bu xəritələri Azərbaycana verməməklə bu məsələni siyasi şantaj predmetinə çevirirdi. Bu isə Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyi deməkdir. İstənilən halda minalarda həlak olan və ya sağlamlığını itirən vətəndaşlara görə Ermənistan cavabdehlik daşıyır. Bu məsələ dəfələrlə müxtəlif platformalarda müzakirə edilsə də, rəsmi İrəvan minalı ərazilərin dəqiq xəritələrini bu günə qədər Azərbaycana verməkdən imtina etməklə rəsmi Bakının səbr kasasını daşırmağa çalışırdı.

ANAMA-nın təqdim etdiyi statistik təhlil göstərir ki, mina hadisələrinin 51 faizi azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26 faizi təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə həlak olub”.

Ekspert diqqətə çatdırıb ki, Ermənistanın işğal dövründə Azərbaycn ərazilərini “mina tarlasına” çevirməsi, son 13 ayda isə bu xəritələri siyasi şantaj predmeti kimi istifadə etməsi terrorizmin təzahürü kimi dəyərləndirilməlidir:

“Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən mina terroru, əslində erməni terrorizminin yeni formasıdır. Ermənistanın hazırda Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni bir hadisə deyil. Bütün dünyaya məlumdur ki, Ermənistan ilk dəfə ərazi iddiaları irəli sürdüyü dövrdə də Azərbaycana və Türkiyəyə qarşı yüzlərlə terror aktı törədib. Odur ki, Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycan və onun vətəndaşlarına qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar”.

Ə.Verdiyev diqqətə çatdırıb ki, dekabrın 4-də Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməklə işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Ermənistandan əldə edə bildi:

“Bu, Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz.

İstənilən halda Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə basdırdığı minalar vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıltmasına mane olmaq məqsədilə həyata keçirilib. Ermənistan xəritəni təqdim etsədə, böyük məbləğdə vəsait tələb edən minatəmizləməni Azərbaycan öz vəsaiti hesabına həyata keçirir. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Əgər bu xəritələrdə qeyri-dəqiq olarsa, deməli döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərə qarşı müharibəni hələ də davam etdirir.

Belə olan halda mövcud faktlar əsasında Ermənistanın məsliyyət daşıması üçün hüquqi prosedurlara başlamalıyıq, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya ilə bərabər minaların təmizlənməsinə xərclənən vəsaiti də Ermənistandan geri tələb etməliyik”.

Son xəbərlər

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

"Qaçqınkom"un qaçqınlara `BOŞANIN` TƏKLİFİ...- "Araz aşığından, Kür topuğundan"...

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

Bütün xəbərlər