“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim” - Rahil Nəcəfovun dələduzluq əməlləri

DogruXeber.az: - Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfovun dələduzluq əməlləri ilə bağlı detallar məlum olub.

“Qafqazinfo” R.Nəcəfovun əməllərinin qurbanı olan şəxslərdən biri ilə əlaqə saxlayıb. Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşını aldadaraq onları Təhsil Nazirliyində işə düzəltmək, xarici jurnallarda məqalə dərc etdirmək və digər vədlərlə aldadıb.

AMEA-nın adının çəkilməsini istəməyən əməkdaşı qeyd edib ki, təxminən bir il öncə R.Nəcəfov ondan 3000 manat alıb: “Dedi ki, məqalələrim xarici nüfuzlu jurnallarda dərc olunacaq. Sonra öyrəndim ki, bu vədə inanan nə ilk, nə də son adamam. 40-dan çox adamı mənim kimi aldadaraq pulunu mənimsəyib”.

Belə ki, 3 ilə yaxındır bu işlə məşğul olan R.Nəcəfov zərərçəkmişləri müxtəlif vədlərə inandırıb. Məlumata görə, o, pul götürdüyü şəxsləri Təhsil Nazirliyində işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların ölkəmizdə tanınacağı, dissertasiya işinin yazılacağına inandıraraq onlardan pul tələb edib. Zərəçəkmişlərdən birinin sözlərinə görə, o, Rahil Nəcəfova 3, digərinin sözlərinə görə isə diplomların tanınması və nazirlikdə işə düzəlmək üçün 30 min manatdan çox pul verib. Onlara verilən vədlərin yalan olduğunu biləndə isə Rahil Nəcəfovun əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

R.Nəcəfova 30 min manat verən qadın bildirir ki, ona işə düzəldiyinə dair vəsiqə verib: "Dedi ki, guya məni Təhsil Nazirliyində işə düzəldib. Sənədin digər üzündə mənim adım, soyadım və fotom var. Sonra bir dəfə banka yaxınlaşdım və sənəd kimi bu kağızı təqdim etdim. Orada açıb baxdılar ki, adım hansısa bir jurnalda kuryer kimi gedir. 10 il Ukraynada universitetdə müəllim işləmiş adamın adı indi kuryer kimi getsin. Məhz bu sənədə görə mən ona 6 min manat pul vermişdim".

Daxili İşlər Nazirliyi Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.

“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim” - Rahil Nəcəfovun dələduzluq əməlləri

“Nazirlikdə işə düzəlmək üçün 6 min verdim, kuryer olduğumu öyrəndim” - Rahil Nəcəfovun dələduzluq əməlləri

Son xəbərlər

Prezidentin köməkçisi: “20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”

Salyan sakinindən 1 kiloqram narkotik götürülüb

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Ağdam şəhərində ilk qar - VİDEO

Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

Yeni icra başçısı kollektivə təqdim olunub

Bu nazirliin əməllərinə fələk də məəttəl qalıb... - ŞİKAYƏT

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir? VİDEO FOTO

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb

Sumqayıt sakini polis şöbəsində vəfat edib

Keçmiş icra başçısı vəfat etdi

Pakistan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

"Bahar Energy” də işçilərin QIŞ QORXUSU - NARAZILIQ!

"Fərqlənmə nişanı" ilə bağlı onlayn xidmətin istifadəyə veriləcəyi tarix açıqlanıb

“Qalatasaray” bir futbolçu ilə vidalaşır

Azərbaycanda 1151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib

Tokayev sabiq müdafiə nazirini tənqid edib

20 Yanvar – müstəqillik mübarizəsinin qəhrəmanlıq tarixi

Çingiz Hüseynzadə yenidən Atletika Federasiyasının prezidenti seçilib

Bədbəxt hadisə nəticəsində ölən Aysunun FOTOsu

Vüsalə Əlizadənin verilişinin yayımı qəfil dayandı

Anasını balta ilə qətlə yetirən şəxs axtarılı

Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - FOTO

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

ƏSSMN: Hər il 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir

Bütün xəbərlər