Kibrit qutusu kimi düzülmüş binalar: - “Onlar fiziki aşınmaya məruz qalır”


DogruXeber.az: - Bakının istər mərkəzi, istərsə də mərkəzdən kənar hissələrində yeni çoxmərtəbəli tikililərin sayı durmadan artır. Bu binalar kənardan nə qədər gözəl görüntüyə sahibdirlərsə, içərisində yaşamaq bir o qədər də çətindir. Həmin binalarda yaşayan sakinlərin əsas problemlərinin səbəbi isə tikililərin həddindən artıq yaxın məsafədə tikilməsidir.
Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Pərviz Qulami bildirir ki, indiyə qədər baş vermiş bu sıx yerləşmə yerlərində həm ekoloji, həm də sosial problemlər yaranır.

“Yəni binaların sıx tikilməsi mənzillərin havalandırması, günəş şüasının düşməsində problemlər yaradır. Günəş düşmədikdə isə bina daha çox fiziki aşınmaya məruz qalır. Bundan əlavə olaraq, binalar yaxın məsafədə olduqda sosial problemlər, səs-küy insanlarda diskomfort yaradır.

Binaların yaxın olması həm də bu ərazidə əhali sayının, avtomobil sayının artması və avtomobil yollarının yüklənməsi deməkdir.

Əvvəllər bu cür layihələr daha çox idi. Misal üçün Sumqayıt şosesində yerləşən “Gənclər şəhərçi”yini göstərə bilərik. Oranın layihəsi tamamilə fərqli idi. Sonradan həmin binaların arasında yenilərini inşa etdilər. Qeyd etdiyimiz problemlərin ən bariz nümunələrindən biri elə bu yaşayış kompleksidir”.

Ekspertin sözlərinə görə, binalar arasındakı məsafə bir binanın hündürlüyü və və onun yarısı qədər olmalıdır.

“Məsələn, binanın hündürlüyü 30 metrdirsə, digər bina 40 metr məsafədə tikilməlidir. Amma təbii ki, bu ara məsafəsinin pozulduğu tikililər çoxdur”.//dia.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər