Operativ Qərargah Yeni illə bağlı QƏRAR VERƏCƏK


DogruXeber.az: - Dünyada koronavirusun yeni “Omicron” ştammı sürətlə yayılıb. Bir çox ölkələr yeni ştammın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.

Hətta Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah da toplanaraq, yeni ştammın yayılması ilə bağlı müzakirə aparıb. Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. İclasda, habelə “Omicron” ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda da koronavirusun “Omicron” ştammının qarşsını alacaq bəzi tədbirlər görülməlidir.

Onun sözlərinə görə, vətəndaşlara hələ ki, bu ştammın yayıldığı ölkələrə getməyi dayandırmaq tövsiyə edilməlidir:

“Oradan gələn insanların hamısı ciddi şəkildə aeroportda yoxlanılıb, testdən keçirilib nəzarət altına götürülsə, yaxşı olardı. Hətta karantində saxlanılarsa, qabaqlayıcı tədbir görmüş olarıq. Profilaktika məqsədi ilə düşünürəm ki, bunlar edilməlidir”.

Deputat virusun yeni ştammının əlamətləri haqqında informasiyanın geniş şəkildə verilməli olduğunu qeyd edib:

“Maarifləndirmə işləri təəssüf ki, son vaxtlar zəif aparılır. Peyvəndləmə işləri davamlı aparılmalı və hamıya 3 doza peyvənd vurulmalıdır. Çünki peyvəndin 3 dozası vurulandan sonra demək olar ki, yoluxma, ağırlaşma və ölüm minimuma enir”.

Azərbaycanda virusun hazırkı vəziyyətində stabilləşmə olduğunu qeyd edən M.Quliyev bildirib ki, yoluxmada artım və azalma nəzarət altındadır.

“Arzu edirik ki, ölüm də bir az azalsın. Son günlər ölüm sayı 20-dən aşağı düşmür. Bu bizi narahat edir. Səbəblər araşdırılmalıdır”.

Deputat Yeni illə bağlı hansı qərarın, qadağaların tətbiqi haqqında indidən fikir bildirməyin tez olduğunu qeyd edib:

“Dekabrın 20-25-i arası yəqin ki, bununla bağlı müəyyən qərar olacaq. Biz sərt qadağalardan yox, tövsiyə xarakterli qadağalardan, çəkinmələrdən söhbət etməliyik. Hələ 20 gün var. İndidən nəsə söyləmək çətindir. Düşünürəm ki, 10 gün, bir həftə qalmış bu barədə Operativ Qərargah öz fikirini söyləyəcək. İstənilən halda insanların bir yerə çox toplanmamasını və qorunma qaydalarına əməl etməyi məsləhət görürük”.//modern.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər