Ermənistan əsgərlərini Qarabağdan çıxartmır: İrəvan məsələni niyə uzadır? - HƏQİQƏTƏN DƏ...


DogruXeber.az:: - 44 günlük müharibədən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, Ermənistan qoşunlarını Azərbaycan ərazisindən tamamilə çıxartmaq istəmir.

Hətta Ermənistan Azərbaycan ərazisinə yeni silahlı birləşmələr göndərməyə cəhd edir. Dekabrın 3-də 15 nəfər Ermənistan əsgərinin mülki geyimdə Laçın dəhlizindən keçərək Qarabağa daxil olmaq cəhdinin qarşısı alınıb. Hətta sosial şəbəkələrdə erməni həbi qulluqçuların Azərbaycan tərəfindən saxlanılmasına dair məlumatlar da yayılıb. Lakin Ermənistanın təxribatı bununla yekunlaşmayıb. Dekabrın 4-də Ermənistan parlamentinin bir qrup deputatı qanunsuz olaraq Xankəndinə səfər edərək separatçıların nümayəndələri ilə görüş keçirib. Buna etiraz olaraq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən iclası çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən imtina edib.

Ermənistanın bu mövqeyi 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya ilə birlikdə imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinin icrası məsələsini gündəmə gətirib. Həmin bəndə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. Halbuki, Baş nazir Nikol Paşinyanın 2021-ci il fevralın 9-da imzaladığı fərmana görə, Ermənistan Respublikasında həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular başqa dövlətin ərazisində xidmət keçə bilməz. Buna baxmayaraq, Ermənistan yenə də Qarabağa əsgər göndərməklə Azərbaycan ərazilərinə iddiasını ortaya qoyur.

Siyasi ekspertlər isə hesab edir ki, hazırda Azərbaycan danışıqlar prosesində əsas prioritet məsələ kimi Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasına dair öhdəliyin yerinə yetirilməsini qaldırmalıdır.

Danışıqlar prosesində Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin ön plana keçməsindən istifadə edən Ermənistan 4-cü bəndin icrasından yayınmağa çalışır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında bildirib ki, 2020-ci il 10 noyabr Bəyanatının ən vacib bəndləri yerinə yetirməyib. Bunlardan biri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Ermənistan dəfələrlə hərbçilərini Azərbaycandan çıxartdığına dair görüntü yaratsa da, 10 mindən artıq silahlı qüvvəsi arsenalı ilə birlikdə Qarabağda qalmaqdadır:

“Bunun əsas təsdiqi Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisinə gəlib işğalçı qüvvələrlə görüşməsi oldu. Yəni Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisində qalır və çox təəssüf ki, Rusiya sülhməramlıları nə 4-cü bəndin icrasını, nə də məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edir. Stokholmda Azərbaycanın xarici işlər naziri ilk dəfə olaraq, Ermənistan Silahlı Qüvvələrinin Qarabağda qaldığını bəyan etdi.

Bu, çox vacib məqam idi və erməni deputatların təxribatçı səfərinə cavab olaraq düzgün addımdır. Halbuki, ermənilər Soçi görüşünü də təxribat edir. Ona görə də məsələni daha sərt qoymaq lazımdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Stokholmdakı çıxışı da Azərbaycanı ittiham üzərində qurulub və Minsk Qrupunun vasitəçilik fəaliyyətini bərpa etməyə yönəlib. Soçi görüşündə imzalanmış ikitərəfli komissiyanın tarixi bəyanatda göstərilmədiyinə görə onun nə vaxt başlayacağı məlum deyil. Ermənistan delimitasiya və demarkasiya işləri ilə məşğul olmamaq üçün pozuculuq işləri törədir. Rusiya isə ikitərəfli komissiyanın yaradılmaması üçün ortaya konkret mövqe qoymayıb.

Bu baxımdan, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Brüssel görüşünə ümid etmək lazımdır. Əgər Brüssel görüşündə konkret nəticə əldə olunmasa, deməli, Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti bu prosesi pozmağa cəhd edir. Ermənistan məsələni uzatmaq istəyir. Hətta razılıq əldə olunsa belə, bu yolların çəkilməsi üçün iki ildən artıq vaxt lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyünün təmini və Qarabağın probleminin həlli üçün 10 noyabr Bəyanatının bütün bəndləri yerinə yetirilməlidir. Biz bütün diqqətimizi yaınız dəhliz və sərhədlərin müəyyənləşməsi məsələlərinə yönəltməməliyik. Bütün məsələlər paralel həyata keçirilməlidir. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmək üçün Rusiya ilə ciddi danışıqlara başlamalıyıq”.

İlham İsmayıl hesab edir ki, Qarabağda terrorçu qrupların tərk-silah edilməsi və Ermənistan qoşunlarının Azərbaycandan çıxarılması ilə Rusiya sülhmərmalıları məşğul olmalıdır. Çünki 10 noyabr Bəyanatında icra və nəzarət işi Rusiya sülhmlıramlılarına həvalə olunub.//dia.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər