Uşaq  bağçalarının  əraziləri kimlərin  "biznes dairəsi"nə  daxildir? - VİDEO

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına bir neçə gün öncə bəzi məlumatlar və həmin məlumatları təsdiq edən videogörüntülər daxil olmuşdur.



Daxil olan məlumatlarda bildirilir bildirilir ki, Mingəçevir şəhərində "5" və "7" saylı körpələr evinin (uşaq bağçası) yerləşdiyi ərazi satılıb. Və deyilənə görə bu satışı da Mingəçevir şəhər İcra Hakimiyyəti şəhər bələdiyyəsi ilə birgə həyata keçirib.

Sözügedən məlumatlar barəsində qarşı tərəfin mövqeyini dinləmək məqsədilə İcra başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov ilə telefon əlaqəsi saxladıq.

Hikmət Kərimov məlumatı təkzib etdi.

- " Tamamilə yalan məlumatdır. Nümayəndə göndərin gəlsin baxsın. 7 nömrəli bağça bu dəqiqə də işləyir. Heç onlara biz baxmırıq. Əmlak baxır."

- Fikir verdinizsə, Hikmət Kərimov 5 saylı bağça barəsində ümumiyyətlə heç nə demədi. 7 saylı barəsində isə belə ürəkli cavab verməsinin, hətta "könül rahatlığı" ilə nümayəndə dəvət etməsinin isə sən demə səbəbi var imiş.

Demək, görüntülərdə də gördüyünüz kimi 7 saylı uşaq bağçasının yerində şəxsi villa tikilib. Yəni, sözügedən əraziyə "yaxşı qiymətə müştəri düşüb və maraqlı tərəflər bu "super fürsət"i dəyərləndirərək, ərazini satıb, 7 saylı uşaq bağçasını şəhərin başqa bir tərəfinə köçürüblər". Yəni, Hikmət müəllimin də dediyi kimi, 7 saylı uşaq bağçası bu gün də fəaliyyət göstərir. Amma, fərqli ünvanda.

5 saylı "Arzu" körpələr evi uşaq bağçasının (köhnə rus bağçası olub) da 20.000 (iyirmi min) manata satıldığı deyilir. Hələlik isə bu məlumat təsdiq edilməyib.
Qaldı ki, Hikmət Kərimovun dediyi ,"ona əmlak baxır" sözünə, bölgələrdə fəaliyyət göstərən bütün dövlət idarələrinin, özəl müəssisələrin, sahibkarların, hətta ayrı qurum hesab edilən Bələdiyyələrin belə üzərində ərazi üzrə İcra Hakimiyyətlərinin rolundan hər kəs xəbərdardır.
Biz bunun qanuni olduğunu demirik. Bütün bunlar yazılmamış "qaydalar"dır.

Maraqlıdır ki, həmişə qanunsuz olaraq həyata keçirilən proseslər ictimailəşdirildikdə, adıçəkilən tərəf o dəqiqə mətbuata başlayır qanunları izah etməyə.

Biz o qanunları bilirik. Amma, o qanunlara kimlərin necə riayət etdiklərini də bilirik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Qeyd: Mingəçevir şəhərində cərəyan edən digər proseslər barəsində növbəti yayımlarımızda daha ətraflı məlumat verəcəyik.

DogruXeber.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər