Hərbi əlil HAQQINI TƏLƏB EDİR... - MÜRACİƏT


DogruXeber.az: - Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 14, mən. 7-də yaşayan, Şabran rayonu, Kilvar kəndində qeydiyyatda olan ağır xəstə Ağayeva Gülüm Rafael qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Əvvəlcə bildirim ki, mən 16.09.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş və yaşamışam. 2016-cı ildən sonra isə xidməti işimlə bağlı Şabran rayonun Kilvar kəndində pasport qeydiyyatına düşmüşəm. Ali təhsil almış və 2018-ci ilin ortalarına qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işləmişəm. Xidməti işimlə bağlı son illərdə hərbi xidmət dövründə ciddi xəstəliyə tutulmuşam. 2018-ci ilin əvvəlindən müxtəlif xəsətəxanalara etdiyim müraciətlərdən və müalicələr almağıma baxmayaraq “ fəqərələrarası disklərin yırtıqları, L5 fəqərə cismində hemangioma” diaqnozu əsasında tapdığım xəstəlikdən aşağı çanaq üzvlərinin funksiyasının pozulması nəticəsində yeriş və hərəkətin kəskin pozulması halı baş vermişdir. Hazırda da bu ilin ortalarına qədər müalicələr almağıma baxmayaraq sağlamlığmı qismən də olsa bərpa edə bilməmişəm. Əksinə, ağırlaşmalar davam edir. 3 ildir ki, nervopataloqun nəzarəti altındayam.

Xəstəliyimin ağırlaşması nəticəsində məni müqaviləmin bitməyinə bir neçə ay qalmış işlədiyim DİN-nin Daxili Qoşunlardan sağlamlıq vəziyyətimə görə hərbi xidmətə yarasız olduğuma görə işdən azad edildim. Bundan sonra DİN-nin DQ-ın hərbi həkim komissiyası 91 nömrəli, 22.12.2018-ci il tarixli QƏRARI da vermişdir.

Xəstəliyimə görə sənədlərim əlilliyin müəyyən edilməsi üçün ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə DİN-nin DQ-ın poliklinikası tərəfindən son 2 ildə 3 dəfə forma 88 təqdim edilmişdir. Lakin hər dəfə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysı rəsmi müraciətlərə hər dəfə “TƏKRAR MÜALİCƏYƏ EHTİYAC VAR” bəhanəsilə yola salırdılar. Aylarla məni süründürdülər. Lakin 31 may 2021-ci il tarixli göndərişə bir neçə aydan sonra baxılaraq cavab verilmişdir ki, “DİAQNOZ ƏLİLLİK ƏLAMƏTİ TƏYİN ETMƏMƏSİ SƏBƏBİNDƏN ƏLİLLİK TƏYİNA İMTİNA EDİLMİŞDİR”.

Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi də müxtəlif, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə qəsdən imkan verməmişlər. Belə ki, bundan əvvəl həm 20.11.2020-ci il tarixli, həm də 19 fevral 2021-ci tarixli göndərişlərimə ( forma 88)komissiya iki dəfə təkrar cavab vermişlər ki, “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYAC OLMASI SƏBƏBİNDƏN ƏLİLLİK TƏYİNATINDAN İMTİNA EDİLMİŞDİR”. Bu cavablara uyğun olaraq dəfələrlə müalicələr almağımıza baxmayaraq sağlamlıq vəziyyətimiz yaxşılaşmaq əvəzinə, əksinə pisləşmişdir. Yəni, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysının əvvəlki cavablarından göründüyü kimi, əlillik təyinatı verilməsi üçün təkrar müalicələr tövsiyə etmişlər. Mən də müalicələri davam etdirdim. İndi də cavab verirlər ki, bu diaqnoza əlillik təyin olunmur. Özlərini savadsız yerinə qoyan komissiya rəsmən bu cavabla məni dolamışdır. Əgər doğrudan da mənim xəstəlik diaqnozuma əlillik təyin olunmurdusa, niyə təkrar müalicə tövsiyə edilirdi? Əvvəldən deyəydilər ki, bu diaqnoz əlillik meyarına uyğun deyil. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysının maddi maraqları təmin edilmədiyinə görə sonda əlillik təyin etməkdən İMTİNA ediblər. Halbuki mənim kimi ağır xəstəlikdən əziyyət çəkən çox insanlara əlillik təyin edilmişdir. Hesab edirəm ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiysının sonuncu imtina cavabı bir bəhanədir və ciddi qanunpozuntusudur. Belə olmasaydı Daxili İşlər Nazirliyinin DQ-ın mərkəzi poliklinikasının peşəkar həkim komissiyası mənə bir ağır xəstə kimi əlilliyin təyin edilməsi üçün forma 88 hazırlayıb sistemə daxil etmişlər ki, əlilliyim qiymətləndirilsin və təsdiq edilsin. Amma faktiki olaraq mənim indi ağır xəstəliyimə görə işsizlikdən( iş qabiliyyətimi itirdiyimə görə) və xəstəlikdən əziyyət çəkdiyim bir vaxtda mən hansı madi vəsaitlə Nazirliyin həkim komnissiyasını “razı salmalı” idim? Mən hazırda faktiki olaraq hərbi əliləm. Və bu faktı sadəcə vicdanla təsdiq etmək lazımdır.

Cənab Prezident! Hesab edirəm ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin mənim kimi kasıb və sadə vətəndaşları qəsdən süründürməçiliyə və bürokratiya məruz qoyan komissiyanın işinin araşdırlmasına zəruriyyət yaranmışdır.

Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün müstəqil ekspert komissiyasına tapşırıq verməyinizi və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".//dia.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər