Səlim Müslümovun bitməyən İSTİNTAQI: “Hansısa əmlakların və bank hesablarının üzə çıxarılması...” – ŞƏRH

DogruXeber.az: - “Görünən budur ki, istintaq orqanlarına nəzarət etməli orqan olan Baş Prokurorluq öz funksiyalarını yerinə yetirə bilmir”.

Bu fikirləri 2021-ci ilin fevralında həbs olunan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində həbs qətimkan tədbirinin daha 3 ay uzadılmasına münasibət bildirən keçmiş millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istintaq orqanları ötən illərdə olduğu kimi, vətəndaşları uzun müddət istintaq prosedurları altında saxlayırlar:

“Mən hüquqşünas deyiləm, amma bildiyim qədər, əvvəllər istintaqın maksimal müddəti doqquz ay idi və daha sonra bunu bir qədər də uzatdılar. Açığı, belə qalmaqallı həbslər üzrə istintaq tez bir zamanda yekunlaşdırıla bilər. Bildiyiniz kimi, mediada da belə iddialar irəli sürülür ki, istintaqda Səlim Müslümovun hansısa əmlaklarının, bank hesablarının üzə çıxarılmasına çalışılır. Bu iddiaların nə qədər doğru, yaxud yanlış olduğunu istintaq orqanları bilər.

Lakin mən bir vətəndaş olaraq, istintaq müddətinin maksimum qısa olmasının tərəfdarıyam. Avropa İnsan Haqları Məhkəməsi də bütün hökumətlərdən istintaq müddətinin qısa olmasını tələb edir. Elə hallar mövcuddur ki, həbs olunan şəxs illərlə istintaq altında qalır və məhkəmənin onlara kəsəcəyi cəzanın da çox hissəsini elə istintaq müddətində çəkmiş olurlar.

Görünən budur ki, istintaq orqanlarına nəzarət etməli orqan olan Baş Prokurorluq öz funksiyalarını yerinə yetirə bilmir. Belə olduqda, istintaq orqanları ötən illərdə olduğu kimi, vətəndaşları uzun müddət istintaq altında saxlamaq prosedurlarını həyata keçirilər. Bu çərçivədə qeyd edim ki, mən “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun taleyindən də narahatam. Çünki borclu borclunun sağlığını istər.

Hesab edirəm ki, Səlim Müslümovla bağlı onu da demək olar ki, tək onun vaxtilə rəhbərlik etdiyi nazirlik yox, digərləri də bu tip maxinasiyalarla məşğul olublar və məşğul olmaqda davam edirlər. Yəni dövlət büdcəsindəki vəsaitləri mənimsəmək, tenderləri öz qohum-əqrəbalarının şirkətlərinə vermək adi haldır. Əslində, belə demək mümkündürsə, Azərbaycanda korrupsiya cinayət hadisəsi deyil, buna görə həbs etmirlər. Əvəzində siyasi və ya başqa xarakterli səhvə görə sərt şəkildə cəzalandırırlar”.//azerinfo.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər