"Altı aydır ki, atamın pensiyasını kəsiblər..." - Göyçaydan Şikayət


DogruXeber.az: - “Altı aydır ki, atamın pensiyasını kəsiblər. Ailəmizin heç bir yerdən gəliri yoxdur. Dolanışığımız ağırdır, qonşular, qohum-əqraba olmasa acından ölərik”.

Göyçayın Qəbələ Müskürlü kəndinin 20 yaşlı sakini Nərgiz Osmanova belə deyir. Onun valideynləri xəstədir.
Ata Akif Osmanov III qrup əlildir, eşitmə problemi var.

Ana Məkkə Osmanova 2020-ci ildə insult keçirib, yataq xəstəsidir. Nərgiz ailənin tək övladıdır. Şəki Dövlət Regional Kollecinin dördüncü kursunda oxuyur. Dediyinə görə, ailə atasının 260 manatlıq əlillik pensiyası ilə dolanırmış:

“Vəziyyətimiz çox acınacaqlıdır. Anam iki ildir yataq xəstəsidir, hərəkət edə, danışa bilmir. Mal-qara da qalmayıb, hamısını anamın yolunda satmışıq. Sağalmır, ömürlük yataq xəstəsidir. Anama baxmaq üçün pula ehtiyacımız var. Ona pensiya təyin olunmasına çalışırıq, lakin mümkün olmur. Anama bir gündə üç “Pampers” istifadə edirəm. “Pampers”in də birini 1 manat 20 qəpiyə alıram”.

Şikayətçi Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanadan ona bildirilib ki, anası Respublika Klinik Xəstəxanasında stasionar müalicə almalıdır:

“Anamın fiziki məhdudiyyəti var, vəziyyəti həddən artıq ağır olduğu üçün Bakıya apara bilmirik. Dəfələrlə müraciətimizə baxmayaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanası bizimlə maraqlanmır. Atama deyirlər ki, Respublika Eşitmə, Səs və Nitq Patalogiyaları Mərkəzinə gedib, bera müayinəsindən (eşitmə azlığı zamanı edilən test-red.) keç. Buna maddi imkanımız çatmır. Anamın vəziyyəti lap pisdir. Ona heç baxa bilmirik”.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından zənglərimizə cavab verilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Meydan TV-yə bildirilib ki, Akif Osmanovun pensiya təyinatının müddəti bitib:

“Vətəndaş yenidən müayinəyə getməlidir. Əlilliyi təsdiqləndiyi təqdirdə pensiya almağa davam edəcək”.
Digər şikayətə gəlincə, nazirlikdən bildirilib ki, əlilliyin təyin olunması üçün qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir:

“Vətəndaşın xəstəlik tarixçəsini Tibbi-Sosial Ekspert Komissiyasına göndərmək lazımdır. Bu prosedur olmasa, vətəndaşa əlillik təyin etmək mümkün deyil”.

Son illər əlillik dərəcəsinin ləğvi ilə bağlı narazılıq çoxalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu saxta əlilliklə mübarizə ilə əlaqələndirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edildiyini bildirib.

Nazir 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini deyib.

Bu illər ərzində illərdə 7000-dən çox saxta əlillik təyinatı ləğv edilib.

Nazir həmçinin deyib ki, 2021-ci ildə bir nəfərin də əlilliyi nə kəsilib, nə də dayandırılıb.

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edilib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

2021-ci ildə “Əlilliyin müəyyən olunması Meyarları”nda dəyişiklik edilib.

Son dəyişikliyə əsasən, əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi
II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi
III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi

Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

2015-ci ildə qəbul olunan “Əlilliyin qiymətləndirilməsi qaydası” yalnız I, II və III qrupu əhatə edirdi.//dia.az

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər