Şirvan ŞPŞ əməkdaşı T.Əliyevin qələbəsi

Ölkəmizin təcrübəli hakimlərindən olan, əməkdar məşqçi və güləşçi kimi bir çox yarışlarda qalib gəlmiş Tural Əliyev daha bir uğura imza atıb. Belə ki, dünya arenalarında, beynəlxalq yarışlarda və turnirlərdə hər zaman ədalətli qərarları və peşəkarlığı ilə fərqlənən həmyerlimiz Bolqarıstan Respublikasının Samokov şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində beynəlxalq dərəcəli 1-ci kateqoriyali hakimlik statusu almaq üçün sınaq imtahanında iştirak edib. Həmin yarışlarda öz təcrübəsini nümayiş etdirən T.Əliyev imtahanların ilin yekununa olan nəticəsinə görə 1-ci dərəcəli beynəlxalq hakim statusuna layiq görülüb.

"DogruXeber.az" qeyd edir ki, 2012-ci ildən DİO-da xidmət edən və adı həmişə qaliblər sırasında olan həmyerlimizin bu ilk uğuru deyil. İdmançımız pəhləvan güləşi üzrə 3 qat Avropa çempionu, 3 qat dünya kubokunun sahibi, kəmər güləşi üzrə 2 qat dünya çempionudur. 2009-2011 ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşcisi adına da layiq görülən Tural yarışlarda tətbiq etdiyi fəndlərə görə hər zaman digər idmançılardan fərqlənib. Belə ki, onun 2011-ci ildə Litvanın Şaulay şəhərində keçirilən Avropa çempionatında işlətdiyi fənd çempionatın ən yaxşı fəndi kimi dəyərləndirilib və bir çox yarışların reklam lövhələrində yer alıb. Bir çox idmançılar onun bu fəndinin təkrarolunmaz olduğunu bu gün də qeyd edirlər.

Bundan əlavə əməkdar məşqçinin yetirmələri də özü kimi qaliblər sırasındadırlar. Buna misal kimi, Türkan Nəsirovanın və Sənan Mustafayevin adını çəkmək olar. Dəfələrlə Dünya və Avropa, eləcə ölkə birinciləri olan DİN İdman Cəmiyyətinin təmsilçiləri yarışlarda xüsusi fərqlənən idmançılardandırlar.

1-ci kateqoriya üzrə ölkəmizin ən gənc güləş hakimi olan T.Əliyev hazırda Şirvan Şəhər Polis Şöbəsində çalışır. Bu günlərdə 35 yaşı tamam olan Tural Əliyevə idmanda və xidmətində yeni uğurlar arzulayırıq.

 Şirvan ŞPŞ əməkdaşı T.Əliyevin qələbəsi

 Şirvan ŞPŞ əməkdaşı T.Əliyevin qələbəsi

 Şirvan ŞPŞ əməkdaşı T.Əliyevin qələbəsi


Oxunub: 422

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər