gundem / sou
4.01.2022, 12:48
Manaf keçirdiyi qəzadan danışdı
Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.
"DogruXeber.az" lent.az-a istinadən xəbər verir ki, ifaçı "Tam vaxtıdır" verilişində bildirib ki, qəzadan sağ çıxması möcüzədir:
"Elə bir avtomobil qəzası keçirmişəm ki... Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq".