"Həkim rəy yazmaq üçün məndən 500 manat pul istədi..." - GİLEY

DogruXeber.az: - Əlillik müavinəti alan şəxslərin səhhət durumunun qiymətləndirilməsinin və ya təkrar qiymətləndirilməsinin aparılması prosesi iki mərhələdən ibarətdir. Birinci növbədə səhiyyə müəssisələrində vətəndaşın ümumi səhiyyə vəziyyəti tam qiymətləndirilir və onun əsasında elektron məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, TƏBİB, səhiyyə mütəxəssisləri və ehtiyac yaranarsa, Müdafiə Nazirliyinin nümayəndələri cəlb olunur və müvafiq əyani müayinələr nəticəsində yenidən qiymətləndirmə aparılır. Məsələ burasındadır ki, insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirilərkən, tibbi sosial ekspert komissiyasının gəldiyi nəticənin Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlilliyin müəyyən olunması Meyarları” ilə uzlaşıb – uzlaşmadığı çox vaxt mübahisə doğurur. Köhnə meyarlarla əlil sayılanlar yeni meyarlarla əlil hesab olunmur və ya dərəcələrdə fərq olur. Problem odur ki, meyarlar da get-gedə sərtləşdirilir, həkim-ekspertlər də. Bu vəziyyət haqlı narazılıqlara səbəb olur ki, onlar da dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş birinci şəxsin — nazir Sahil Babayevin fəaliyyətini ictimai qınağa gətirir.

Ağstafa rayon sakini, keçmiş hərbçi Sadıqov Vüsal Natiq oğlu “Dəryaz” qəzeti redaksiyasına video-müraciət göndərərək, bildirir ki, Aprel döyüşlərinin iştirakçısıdır. Füzuli, Daşkəsən, Tərtər istiqamətində hərbi əməliyyatlarda iştirak edib, ciddi yaralanıb, səhhət durumuna görə 2019-cu ildə ordu sıralarından tərxis olunub. İki azyaşlı uşaq atasıdır. Dolanışıq vəziyyəti qeyri-qənaətbəxşdir. Nəinki müalicə və get-gedə artan kommunal xidmət xərclərini, hətta ailəsinin ən zəruri ərzaq təminatını belə ödəmək imkanı yoxdur. Qohumlardan, dost-tanışdan köməklik olmasa, həyatda mövcudiyyəti belə sual altında qalar.

Sadıqov deyir ki, dəfələrlə ona əlillik dərəcəsi təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Axırıncı dəfə 2021-ci ilin 14 sentyabrında Qazax Rayon Mərkəzi Xəstəxanasında keçdiyi müayinənin nəticələri mərkəzi Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Bildirir ki, hər dəfə ona müxtəlif bəhanələrlə gətirməklə cavab verməkdən yayınıblar. Müalicə üçün ak. Mirqasımov adına 1saylı Trespublika Kliniki Xəstəxanasına göndəriblər: “Orada 7 gün yatdım, Poliklinika şöbəsinin müdiri Sevda Məmmədova və 1-ci mərtəbədə oturan direktor məndən əlillik dərəcəsi təyin olunmasına müvafiq diaqnoz təsdiqləmək üçün 500 manat rüşvət istədilər. Mənim isə onlara verməyə pulum yoxdur. Bunlar əlil adama dərəcə təyin etmək əvəzinə, üstəlik, zəlil edirlər…”

Sadıqovun sözlərinə görə, Ağstafadan onun kimi və hətta səhhət durumu daha pis olan, amma pensiya almaq imkanından məhrum edilən qazilər az deyil: “Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Arzu Tofiq oğlunun pensiyası da kəsilib. Arzu 4-cü mərhələ onkoloji xəstədir. Oğlunun biri hərbi xidmətdədir, digər iki övladı azyaşlıdırlar. Axırıncı dəfə dost-tanış bir araya gəlib ona qan veriblər. Bunlar belə etməklə nə fikirləşirlər? Biz beynəlxalq məhkəməyəmi müraciət edək, öz hökumətimizəmi qarşı çıxaq. Uğrunda vuruşub canımızı qoyduğumuz ölkəni gözdənmi salaq. Axı qürurumuz buna yol vermir!..”

Şikayətçi həmçinin bildirir ki, depuat Günay Ağayevaya da köməkçisi vasitəsilə problemi barədə məlumat verib. İndi isə üzünü Prezidentə, Ali Baş Komandan İlham Əliyevəı tutub kömək istəyir. KİV-dən xahiş edir ki, onun problemini ictimailəşdirib aidiyyəti qurumlara çatdırsınlar.

İnternet üzərindən apardığımız səthi müşahidələrdən belə qənaətə gəldik ki, Ağstafa və Qazax rayonlarında mərkəzi xəstəxanaların fəaliyyətində əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə xəstəlik kodu üzrə sistemə əhatəli şəkildə işlənib göndərilməsi işinin yarıtmaz vəziyyəti barədə çoxsaylı narazılıqlar var. Qeyd edək ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olununsa da, müsbətə doğru heç nə dəyişmədiyi qeyd olunur.

Mövzunu diqqətdə saxlayacağıq.
Deryaz.az


Oxunub: 270

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər