Gəncə  Beynəlxalq  Xəstəxansından  yen ə narazılıqlar var...

DogruXeber.az: - Azərbaycanda fəaliyyət göstərən özəl xəstəxanaların böyük əksəriyyətində çalışan həkimlər xəstələrlə davranış qaydalarını ya bilmir, ya da bilərəkdən bu qaydaları pozurlar.

Səhiyyə sistemindəki özbaşınalıq barəsində isə əlavə şərhə ehtiyac yoxdur. Bu, zatən hər kəsə bəllidir…

Gəncə Beynəlxalq Xəstəxanasının İnvaziv Kardioloqu DR. Sənan Təhməzov pasiyenti ailə üzvülərinin gözü qarşısında təhqir edib.

Bu haqda Dünyanınsəsi.Az saytına Kəlbəcər rayon sakini Uğurlu Bəşirov tərəfindən şikayət edilib.

Şikayətçinin iddiasına görə bu gün müayinə olunması üçün sözügedən xəsətəxnaya pul vəsaiti ödəyərək qəbiz alıb.Həkim kordioloq Sənan Təhməzov və Emin adlı həkimlər öz yaxın münasibətləri olan bir neçə şəxsləri növbədənkənar qəbul ediblər.Məhz bu hərəkətləri həzm etməyən pasiyent Uğurlu Bəşirov adıçəkilən həkimlərə öz etirazını bildirib.Bundan sonra Sənan Təhməzov xəsətənin ödəniş qəbzini üzərinə ataraq onu ağır sözlərlə övladlarının yanında təhqir edərək xəstəxandan qovub.Faktla bağlı şikayətçi Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də məlumat verib.

Həkimlərin xəstə və xəstə yaxınları ilə davranışları bir çox hallarda heç bir tərbiyə çərçivəsinə sığmır.Əgər həkim hipokrat andına tüpürüb öz şəxsi marağını güdürsə o,biçarə hardan 55 yaşlı qocya sayğı göstərə bilər?
Gəncə Beynəlxalq Xəsətəxanasının bəzi “danabaş” həkimlərinin diqqətinə çatdırırq ki, Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydaları”na əsasən, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır və öz işində Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur.
Xəstənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər görməli olan həkim onunla pasiyent arasında zəruri qarşılıqlı inamın olmamasına əmin olduğu, habelə özünü kifayət qədər peşəkar hiss etmədiyi və yaxud müalicənin aparılması üçün lazımi imkanların çatışmadığı hallarda, təxirəsalınmaz tibbi yardım halları istisna olmaqla, xəstənin müalicəsindən imtina edə bilər. Həkim bu və digər hallarda müvafiq rəhbərliyi məlumatlandırmalı və xəstəyə başqa mütəxəssis tövsiyə etməlidir.
Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququna hörmətlə yanaşılmalıdır. Pasiyentin, müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla, sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququ var.
Həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət etməli, onun və ailə üzvlərinin şəxsi işlərinə qarışmamalı, ona səmimi münasibət göstərməlidir.
Sadaladıqlarımın hamısı əməl ediləcəyi təqdirdə çox gözəldir…
Təəssüf ki, xəstəxanalarda bu qaydalara əməl edən həkimlər barmaqla sayılacaq qədər azdır. Əyninə ağ xalat geyinən Sənan Təhməzov kimilərdən nə sağlamlıq keşikçisi ola bilər ki,vətəndaşa tibbi xidmət göstərmək əvəzinə onu təhqir edir həm də xəstəxanadan qovur.Bu cür hərəkət sərgiləyən tibb işçisini nəyin ki, Gəncə Beynəlxalq Xəstəxanasının həm də dünya tibbinin üz qarası hesab etmək olar.
Redaksiya olaraq səsləndirilən iddia ilə bağlı Gəncə Beynəlxalq Xəsətəxansının rəhbərliyinin mövqeyini dərc edə bilərik.


Oxunub: 199

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər