Mahir Emreli Xorvatiyanın ən güclü klubunun radarına düşdü

DogruXeber.az: - Millimizin və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli Xorvatiyanın ən güclü klubu olan Zaqreb “Dinamo”sunun transfer hədəfinə düşüb.

Oxu.Az Xorvatiyanın 24sata.hr saytına istinadən xəbər verir ki, əvvəl Xorvatiyanın “Xayduk” klubu ilə adı hallanan Mahiri “Dinamo” heyətinə qatmaq istəyir.

22 qat Xorvatiya çempionu, hazırda çempionatın lideri olan “Dinamo” müdafiənin sol və sağ cinahlarına, o cümlədən hücum xəttinə oyunçu axtarır. Hücum xəttinə əsas namizəd kimi isə Emreli göstərilir.

Onun bu mövsüm 33 oyuna 11 qol vurması, avrokuboklarda “Budö/Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Lester” (İngiltərə), “Napoli”nin (İtaliya) qapısına yol tapması diqqətləri üzərinə çəkib. Futbolçunun transfer qiyməti isə 2 milyon avro göstərilir.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, Emrelinin transfer işlərini hazırda Xorvatiyaya qonşu olan Bosniya və Herseqovinadan olan menecer həyata keçirir. Hazırda “Dinamo”da iki bosniyalı futbolçunun da oynadığını nəzərə alsaq, bu keçidin baş tutmaq ehtimalı mümkündür. Həmçinin, Mahirin əvvəllər millimizdə xorvat baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında oynaması da “Dinamo”nun bu futbolçunu yaxından tanımasını asanlaşdırıb.

Qeyd edək ki, “Legiya” BƏƏ-nin Dubay şəhərində təlim-məşq toplanışında olsa da, Mahir Emreli klub azarkeşləri tərəfindən döyülmə faktına görə, komandanın hazırlıq prosesinə qatılmayıb. O, hüquqşünas vasitəsilə Varşava klubu ilə müqaviləsinin pozulmasını istəyir.


Oxunub: 158

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər