İndi o dövr deyil, müəllimlər! - “Şagirdə şiddət olmaz”







Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi barədə iddialar yer alıb. Məktəbdən isə bildirilib ki, yayılmış məlumatlar əsassızdır:“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”.

Xatırladaq ki, ötən həftə də Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Z.Əhmədovanın şagirdlərə məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.Onun bu hərəkəti sosial şəbəkədə qınağa səbəb olub.Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma başladılıb.Direktora “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Maraqlıdır, təhsil ocaqlarında baş verən belə neqativ halların qarşısını necə almaq olar? DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elçin Əfəndi məktəblərdə yaşanan bu cür xoşagəlməz hallardan “Sherg.az”a danışarkən bildirib ki, təhsil müəssisələrində müəllimlər və şagirdlər arasında qarşılıqlı hörmət önəmlidir:

“Burda daha çox müəllimlərin üzərinə məsuliyyət düşür. Onlar pedaqoqdurlar. Hər bir məsələdə təmkinli davranıb, daha səbrli olmalıdırlar. Təəssüf edirəm ki, bəzi şagirdlər tərəfindən də etik davranış çərçivəsindən müəyyən kənara çıxma halları olur. Müəllimlərə qarşı hörmətsizlik dərsi pozma və s. bu hallar olsa belə şiddət tətbiq edilməməlidir”.

Təhsil eksperti bu xüsusda məktəb psixoloqlarının roluna toxunub:

“Biz şahidi oluruq ki, əksər məktəbdə psixoloq çatışmazlığı var. Dəfələrlə təklif etmişəm, yenə də təklif edirəm ki, orta ümumtəhsil müəssisələrində həftədə bir saat da olsa psixologiya fənni tədris olunsun. Bu, bizim üçün önəmlidir. Ən azından belə olduqda gələcəkdə baş verəcək hansısa neqativ halların qarşısını ala bilərik”.

E.Əfəndi əvvəlki dövrlərdə təhsil ocaqlarında baş verən şiddət hallarına diqqət çəkib və vurğulayıb ki, o illərdə valideyn övladını məktəbə gətirəndə “əti sənin sümüyü mənim” deyirdi:

“İndi o dövr deyil. Hər bir valideyn istəyir ki, övladı təhsil alsın, eyni zamanda, ona qarşı heç bir halda şiddət tətbiq edilməsin”.

Ekspertin qənaətincə, belə halların qarşısını almaq üçün məktəb psixoloqları tərəfindən müəllim və şagirdlərlə mütəmadi olaraq söhbətlər aparılmalı, eyni zamanda, valideynlərlə sıx əlaqə qurumalıdır:

“Bizsə cəmiyyət olaraq bu yöndə ictimai qınaqdan lazımınca istifadə etməliyik”.


Oxunub: 140

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər