Solmaz İsmayılova: “Cahangir Əsgərovun həbsə atdırdığı “İdeal”-ın sahibi İlqar İsmayılova prokuror 9 il, məhkəmə isə 8 il cəza verməyə hazırlaşır, ədalət bərqərar olmazsa, ölüm aclığına başlayacam”

DogruXeber.az: - Yanvarın 11-də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham edilən “İDEAL" COMPANY MMC-nin sahibi İlqar İsmayılovun anası Solmaz xanım İsmayılova Baş Prokurorluğun qarşında mətbuat nümayəndələrinə açıqlama verib.

Azadmediatv.com-un xəbərinə görə, S.İsmayılova açıqlamasında bildirib ki, bu addımı atmasına səbəb “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun mülkiyyətini ələ keçirib, özünü isə həbsə atdırdığı “İDEAL" COMPANY MMC-nin sahibi İlqar İsmayılova dövlət ittihamçısının 9 il cəza istəyəcəyi, məhkəmənin isə 8 il cəza verməyə hazırlaşması haqda aldığı məlumatdır: "Ədalət bərqərar olmazsa, ölüm aclığına başlayacam”-, deyən S.İsmayılova bildirib ki, oğlunun hüquqları bərpa olunanadək mübarizəsini davam edtdirəcək.

Daha sonra o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevə ünvanladığı müraciəti səsləndirib.

Müraciətdə deyilir:

"Cənab Prezident!

Oğlum İlqar İsmayılov 02.08.1973-cü ildə Bakıda doğulub. Gənc yaşlarından həyata tutunub, təhsil aldığı illərdən əmək fəaliyyətinə başlayıb. Məhz, bunun sayəsində ölkədə və dünyada tanınan "İDEAL" Şirkətini təsis edib, öz brendini yaradıb və işlədib. Daha sonra “AZAL“-ın prezidenti Cahangir Əsgərovla qərara gəliblər ki, şərik olsunlar və onunla payçılığa girib. Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva əvvəlcə şirkətə az payla - 50 faizlə girdi, daha sonra isə payını yavaş-yavaş artıraraq 75 faiz etdi. Payını artırmasına gəlincə, oğlum İlqar İsmayılov "İDEAL" Şirkətini işlətdikcə, Zərifə Həmzəyevanın təsisçisi olduğu "Silk Way" Bankdan (Premium Bank) onun adına 1 milyon, 1,5 milyon məbləğlərində külli miqdarda kreditlər rəsmiləşdirirdilər. Bundan sonra kreditin qaytarılması üçün müddəti gözləmədən dərhal ödənişi tələb edirdilər. Oğlum da qaytara bilməyəndə, əvəzində payını əlindən alırdılar. Bununla bağlı əlimizdə bütün sənədlər var.



Oğlumun adına verilən kredit məbləğləri "Silk Way" Bankdan məxaric olunur, elə həmin gün də gəlir "İDEAL" Şirkətinə mədaxil olunurdu. Bununla bağlı bütün rəsmi sənədləri məhkəməyə təqdim etmişik. Hətta neçə kisədə pul gətirilməsiylə bağlı aktlar da var. Həmin vəsaiti İlqar İsmayılov öz şəxsi məsrəflərinə xərcləmirdi, "İDEAL" Şirkətinə verirdi, lakin fiziki şəxs olaraq kreditlər oğlumun adına rəsmiləşirdi. Həmin vəsaitlə də "İDEAL" Şirkətinin mağazaları və şəbəkəsi genişlənirdi. Əlimizdə vergi yoxlama aktları var ki, 2014-2015-2016-cı illərdə şirkətin gəliri miliyonları aşır. Zərifə Həmzəyevanın şirkətdə nümayəndəsi Fuad Əliyev idi. Məhkəmədə dindirilən bütün şahidlər - Samirə Əliyeva, baş mühasib, baş mühasibin köməkçisi Həbib Qarayev təsdiq edirlər ki, bəli, Fuad Əliyev doğurdan da şirkətdə otururdu, Z.Həmzəyevanın nümayəndəsiydi. H.Qarayev məhkəmədə bildirib ki, hər ay şirkətin gəlirindən Z.Həmzəyevaya mənim əlimlə ən azı 500 min AZN pul veriliridi, mən də Fuad Əliyev vasitəsiylə ona çatdırırdım. Yəni, Z.Həmzəyeva hər ay şirkətin gəlirindən öz payını alırmış. İllərlə onlar bu minvalla şirkəti işlətdilər. Z.Həmzəyevanın sahib olduğu bankdan hər dəfə İ.İsmayılova krediti 5 il müddətinə ayırsalar da, həmişə onu sıxışdırıb deyirmiş ki, get, pulu 2 günə gətir. Məqsəddə bu idi ki, Z.Həmzəyevanın pulu çox idi və pul qoyub nizamnamə kapitalını artırsın. Zərifə Həmzəeva ümumilikdə 2014-2016-cı illər ərzində ”İDEAL” Şirkətindən 5 milyon 800 min manata qədər gəliri rəsmi şəkildə götürüb.

Bu faktı iş materiallarında olan gündəlik kassa hesabatı və məxaric sənədləri təsdiq edir. Mənim oğlum da onunla əvvəl 50 faiz, sonra isə 25 faiz payla təsisçi idi. İndi onu həbs ediblər ki, guya şirkətdən 680 000 (altı yüz səksən min) manat vəsait xərcləyib. Heç oğlumun bu qədər vəsait məxaric etməsi belə sübuta yetmir. Məxaric sənədləri yoxdur. Lap götürübsə belə, ittihamın da dediyi kimi bu vəsait oğlumun adına verilən, lakin ”İDEAL” Şirkətinə məxaric olunan kredit məbləğlərinin qaytarılmasına sərf olunub. Əgər bir təsisçi şirkətdən sübutlu, faktlı 5 milyon 800 min manat götürürsə, digər təsisçinin adına isə şirkətə mədaxil edilən kreditlərin qaytarılmasına pul məxaric edilirsə, bu necə mənimsəmədir?

Mənim oğlum həmin dövrdə şirkətə 5 milyon manatdan çox pul mədaxil edib. Yaxşı, bəs niyə bu mədaxillərə göz yumulur? Çıxsınlar beş milyon mədaxildən 680.000 manatı, qalanını da qaytarsınlar oğluma. Zərifə Həmzəyeva 5 milyon 800 min manat götürür, sübutlu-faktlı, bu mənumsəmə olmur, mənim oğlumun adına rəsmiləşdirilən, kreditlərin qaytarılmasına xərclənən heç 680.000 AZN də etməyən hansısa məbləğ mənimsəmə olur? Oğlumu ittiham edirlər ki, təsisçilər gəliri bölməmişdi, amma oğlum öz adına pul götürüb. Əgər təsisçilər gəliri bölməmişdisə, necə olur “GAZELLİ"- Zərifə Həmzəyevanın payı” yazılır? Oğlumu 2017-ci ildə eyni dövr üçün mənimsəmə ittihamıyla həbs etdilər. Sonra bu ittiham sübuta yetmədi. Dedilər ki, mənimsəmə qırx yeddi min manat imiş. Bu pulu da Cahangir Əsgərov özü ödədi, oğluma bütün sənədlərə məcburi qol çəkdirdi, ”İDEAL” əmtəə nişanını, şirkətini əlindən alıb tam müflis vəziyyətində buraxıb vəd etdi ki, “Səninlə halallaşacam”. Bəs hanı halallıq?

Bir adamı eyni ittihama görə təkrar məsuliyyətə cəlb edərlər? Sonra da dedi ki, “Sus, otur, səni təzədən içəri atdıraram”. Oğlumsa susmadı, haqqını tələb etdi. Mən kirayədə yaşayaıram. Oğlumun ailəsinin, uşaqlarının yaşadığı ev bankda girovdadır. 10 aydır oğlum həbsdədir. Heç oğlumun yanına yemək də aparmağa imkanım yoxdur. Bir insana, bir vətəndaşa bu zülm niyə edilir? Bütün hüquq sistemi yaxşı bilir ki, oğlum sifarişli həbs olunub. Bu həbsin heç bir qanuni əsası yoxdur. Oğlumun adına saxta kredit belə rəsmiləşdirmişdilər. Bu da ekspertiza ilə sübuta yetdi ki, məxaric qəbzindəki imza oğlumun deyil.

Bu qədər qanunsuzluğa Baş Prokuror niyə göz yumur? Xəbəri yoxdur baş verənlərdən? Yoxsa, Cahangir Əsgərovun dostudur? Baş Prokuror Cahangirin bir sözüylə oğlumu sübutsuz-filansız içəri saldı. İndi də 9 il iş oxuyacaq. Sifarişlə. Bu sifarişdən də məlumatımız var. Məhkəmə də 8 il verəcək. Daha bu zülmə dözə bilmirəm. Baş Prokuror vəzifəyə təyin olunanda Prezidentimizə ədalətli olacağı, rüşvətə son qoyacağına dair söz vermişdi. Hanı onun sözü? Məgər o kiminsə sifarişi ilə vətənadaşa zülm etməlidir? Nədir-nədir ki, sifarişçinin tonlarla pulu var? Mənim və oğlumun quru canımızdan başqa bir şeyimiz yoxdur. Dövlətimizi, Prezidentimizi çox sevirik. Bu canımızı da fəda edəcəyik. Amma Cənab Prezidentimiz: “Dövlət 2 şeydən sarsıla bilər: Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”-, deyib. Mənim oğlumun günahsız həbs edilməsi elə dövlətin sarsılması deməkdir. Ümidim ölkə başçısınadır. Əminəm ki, Cənab Prezidentimizin bu qanunsuzluqdan məlumatı yoxdur. Bir ana, Azərbaycan vətəndaşı kimi günahsız oğluma bəraət istəyirəm. Qoy, oğlumun həbsinə görə kim sifariş üzrə rüşvət alıbsa, qaytarsın. Oğluma sifarişlə 9 il iş istəməyə söz veriblər. Bəyan edirəm ki, haqq yerini tutmasa, ölənədək aclıq edəcəyəm. Qoy, mənim ölümüm və oğlumun həbsi tariximizin qan yaddaşına düşsün. Cənab Prezidentimə çox güvənirəm. Səsimə səs verəcəyindən, bir ailə və vətəndaş kimi bizim məhvimizə yol verməyəcəyindən əminəm".

Daha sonra S.İsmayılovanı Baş Prokurorluğun qəbul şöbəsinə dəvət ediblər.

Görüşdən sonra açıqlama verən S.İsmayılova bildirib ki, onu aidiyyatı üzrə qəbul edib, Dövlət ittihamının müdafiəsi üzrə idarəyə yönləndiriblər. S.İsmayılovanı qəbul edən idarənin əməkdaşı Eldar Həmzə İ.İsmayılova dövlət İttihamçısının 9 il cəza istəyəcəyi ilə bağlı deyilənlərin şaiyə olduğunu bildirib: "Eldar müəllim mənə dedi ki, dövlət ittihamçısı 10 il də cəza istəyə bilər, lakin təqsirləndirilənin günahsiz olduğu sübut edilərsə, hakm ona bəraət də verə bilər".

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İDEAL”-ın idarəçiləri 2020-ci ildə “Sabina” Mağazalar Şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, "Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.

Lakin məhkəmə İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.//azadmediatv.az


Solmaz İsmayılova: “Cahangir Əsgərovun həbsə atdırdığı “İdeal”-ın sahibi İlqar İsmayılova prokuror 9 il, məhkəmə isə 8 il cəza verməyə hazırlaşır, ədalət bərqərar olmazsa, ölüm aclığına başlayacam”

Solmaz İsmayılova: “Cahangir Əsgərovun həbsə atdırdığı “İdeal”-ın sahibi İlqar İsmayılova prokuror 9 il, məhkəmə isə 8 il cəza verməyə hazırlaşır, ədalət bərqərar olmazsa, ölüm aclığına başlayacam”


Oxunub: 105

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər