Əmrullayev islahat aparmaq fikrində səmimidirsə, BUNU ETSİN... - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az: - Bakıda yerləşən bir çox məktəblərdə şagird sıxlığı müşahidə edilir. Hətta elə siniflər var ki, burada 40-50 şagird təhsil alır. Təbii ki, əgər bu qədər uşağın bir sinifdə təhsil alması mümükündürsə… Məktəblər isə bunu yalnız bir açıqlama ilə izah edirlər ki, “müəllim sayı azdır”.

Digər bir məsələ isə odur ki, universiteti yeni bitirmiş, müəllimlik ixtisasına yiyələnmiş gənclər məktəblərdə vakansiya, boş yer tapa bilmirlər. Bu qədər işsiz pedaqoqlar olduğu halda niyə məktəblərdə əlavə siniflər açılmır? Niyə əlavə sinif açmaqla həm işsiz müəllimləri işlə təmin edib, həm də şagird sıxlığını aradan qaldırmaqda maraqlı deyillər?

Təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində 89600 sinif var və ölkə təhsili 152000 şagirdlə çalışır. “Təhsil naziri qeyd edir ki, 40 nəfərdən çox şagird olan siniflərin sayı çox cüzidir. Amma Azərbaycan Konisitutsiyasının 42-ci maddəsində qeyd olunur ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Onda belə çıxır ki, Təhsil nazirinin dediyi o 10 faiz civarında olan, 40 nəfərdən yuxarı olan şagirdin təhsil aldığı siniflərdəki uşaqların konstitutsiya hüquqları təmin olunmur. Ölkədə şagird sıxlığı normaları haqqında Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixində 212 nömləri qərarı var. Eyni zamanda ümumtəhsil məktəbinin nizamnaməsində də göstərilir ki, təhsil siniflərində şagird sayı 20 nəfərdə konkretləşir. Hazırkı vəziyyətdə şagird sayının maksimal həddi yoxdur. Heç bir hüquqi normativ sənəddə qeyd olunmur. Amma 3 avqust 2012-ci ildə Nazirlər Kabinetinin 171 saylı qərarı var və orada göstərilir ki, məktəblər layihələndirilərkən maksimum 24 şagird ola bilər. Yəni , bir sinifdə maksimum 24 şagird təhsil ala bilər. Belə çıxır ki, 24-dən yuxarı uşaq olan siniflərdə təhsil alan bütün şagirdlərin təhsil alma hüququ pozulur”.

Təhsil ekspertinin sözlərinə görö, illərdir ki, Təhsil Nazirliyi süni surətdə vakansiyaların artırılması ilə bağlı müəyyən addımlar atır. “Məsələn, müəllimlərin dərs yükünün azaldılması və s. Amma reallıq ondan ibarətdir ki, əgər şagird sayı 20 nəfərlə qurularsa, bu sinif sayının artması və nəticədə saatların, vakansiyaların yaranmasına səbəb olar. Problem ondadır ki, bizim şəhər yerlərində 20 ildir ki, şəhərsalma məsələlərində çox ciddi nöqsanlara yol verilib. Nəticə etibarilə məktəblər üçün yerlər saxlanılmayıb. Hətta Bakı şəhəri kimi yerdə məktəblərin əraziləri azaldılıb. Nəticədə bu gün yeni məktəblərin tikilməsi problemdir.

Elə ərazilər də var ki, bir neçə yeni məktəb inşa olunub, lakin yenə də sıxlıq aradan qalxmır. Məsələn, Binə ərazisində 5 məktəb var. Bu məktəblərin hər birində sıxlıq problemi yaşanır. Elə siniflər var ki, orada 40-50 şagird var.

Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər tikilməli, siniflərdəki şagid sayı ilə bağlı maksimal hədd müəyyən edilməlidir. Bu zaman yeni dərs saatları, vakansiyalar yaranar və şagird sıxlığı problem həll olunar”.

Elşən Qafarov sonda qeyd edib ki, şagird sıxlığı məsələsinə elə-belə yanaşmaq olmaz. Çünki bu siniflərdə tədrisi təşkil etmək olmur, müəllimlər çox böyük çətinlik çəkir, şagirdlərin isə konusitutsiya hüquqları pozulur.
Bakıda yerləşən bir çox məktəblərdə şagird sıxlığı müşahidə edilir. Hətta elə siniflər var ki, burada 40-50 şagird təhsil alır. Təbii ki, əgər bu qədər uşağın bir sinifdə təhsil alması mümükündürsə… Məktəblər isə bunu yalnız bir açıqlama ilə izah edirlər ki, “müəllim sayı azdır”.
Digər bir məsələ isə odur ki, universiteti yeni bitirmiş, müəllimlik ixtisasına yiyələnmiş gənclər məktəblərdə vakansiya, boş yer tapa bilmirlər. Bu qədər işsiz pedaqoqlar olduğu halda niyə məktəblərdə əlavə siniflər açılmır? Niyə əlavə sinif açmaqla həm işsiz müəllimləri işlə təmin edib, həm də şagird sıxlığını aradan qaldırmaqda maraqlı deyillər? DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində 89600 sinif var və ölkə təhsili 152000 şagirdlə çalışır. “Təhsil naziri qeyd edir ki, 40 nəfərdən çox şagird olan siniflərin sayı çox cüzidir. Amma Azərbaycan Konisitutsiyasının 42-ci maddəsində qeyd olunur ki, dövlət hər bir vətəndaşın təhsil almaq hüququnu təmin edir. Onda belə çıxır ki, Təhsil nazirinin dediyi o 10 faiz civarında olan, 40 nəfərdən yuxarı olan şagirdin təhsil aldığı siniflərdəki uşaqların konstitutsiya hüquqları təmin olunmur. Ölkədə şagird sıxlığı normaları haqqında Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixində 212 nömləri qərarı var. Eyni zamanda ümumtəhsil məktəbinin nizamnaməsində də göstərilir ki, təhsil siniflərində şagird sayı 20 nəfərdə konkretləşir. Hazırkı vəziyyətdə şagird sayının maksimal həddi yoxdur. Heç bir hüquqi normativ sənəddə qeyd olunmur. Amma 3 avqust 2012-ci ildə Nazirlər Kabinetinin 171 saylı qərarı var və orada göstərilir ki, məktəblər layihələndirilərkən maksimum 24 şagird ola bilər. Yəni , bir sinifdə maksimum 24 şagird təhsil ala bilər. Belə çıxır ki, 24-dən yuxarı uşaq olan siniflərdə təhsil alan bütün şagirdlərin təhsil alma hüququ pozulur”.

Təhsil ekspertinin sözlərinə görö, illərdir ki, Təhsil Nazirliyi süni surətdə vakansiyaların artırılması ilə bağlı müəyyən addımlar atır. “Məsələn, müəllimlərin dərs yükünün azaldılması və s. Amma reallıq ondan ibarətdir ki, əgər şagird sayı 20 nəfərlə qurularsa, bu sinif sayının artması və nəticədə saatların, vakansiyaların yaranmasına səbəb olar. Problem ondadır ki, bizim şəhər yerlərində 20 ildir ki, şəhərsalma məsələlərində çox ciddi nöqsanlara yol verilib. Nəticə etibarilə məktəblər üçün yerlər saxlanılmayıb. Hətta Bakı şəhəri kimi yerdə məktəblərin əraziləri azaldılıb. Nəticədə bu gün yeni məktəblərin tikilməsi problemdir.

Elə ərazilər də var ki, bir neçə yeni məktəb inşa olunub, lakin yenə də sıxlıq aradan qalxmır. Məsələn, Binə ərazisində 5 məktəb var. Bu məktəblərin hər birində sıxlıq problemi yaşanır. Elə siniflər var ki, orada 40-50 şagird var.

Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər tikilməli, siniflərdəki şagid sayı ilə bağlı maksimal hədd müəyyən edilməlidir. Bu zaman yeni dərs saatları, vakansiyalar yaranar və şagird sıxlığı problem həll olunar”.

Elşən Qafarov sonda qeyd edib ki, şagird sıxlığı məsələsinə elə-belə yanaşmaq olmaz. Çünki bu siniflərdə tədrisi təşkil etmək olmur, müəllimlər çox böyük çətinlik çəkir, şagirdlərin isə konusitutsiya hüquqları pozulur.


Oxunub: 88

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər