Gədəbəydə ilginc məmur DƏLƏDUZLUĞU - İTTİHAM

DogruXeber.az: - Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov işsiz gənci işə götürəcəyi adı ilə aldadaraq 1000 (bir min) manatını alması faktı üzə çıxıb. Rayonun təmizlik şefi ötən illərdə aldatdığı rayon sakinini 4 ay müddətinə pulsuz və əmək müqaviləsiz işlərə cəlb edərək əməyini istismar edib, aşkar məmur özbaşınalığına yol verib. Bu azmış kimi, arada vasitəçi olmuş işçisi - müəssisənin qaynaqçısı Mustafayev Vüsal Yusif oğlunu da hər şeyi bildiyinə və haqqı tələb etdiyinə görə pandemiya dönəmində işdən çıxarıb.
"Demokratik TV"-yə bu barədə Gədəbəy sakinləri özləri danışıb.

Vüsal Mustafayevin dediyinə görə, 2 il əvvəl sabiq müdiri ona bildirib ki, idarəyə sürücü lazımdır və tanıdığı biri varsa işə götürə bilər. Lakin, sürücü götürüləcək şəxs ya nasaz maşınlardan birinin motorunu təmir etdirməli, ya da Kazımovun özünə 1000 manat rüşvət verməlidir. Vüsal da əvvəldən tanıdığı işsiz dostu Raminə müdirin təklifini çatdırıb, tərəflər razılaşıblar. Nəticədə, Vüsalın da iştirakı ilə Əkbər Kazımov özünün iş otağında Ramini işə götürmək adı ilə ondan 1000 manatını alıb. Lakin, üstündən aylar keçsə də Kazımov işsiz vətəndaşı aldadaraq vədinə əməl etməyib.

Həm Raminin, eləcə də Vüsalın deməsindən bəlli olur ki, Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov düz 4 ay Raminin havayıca yerə təcrübə adı ilə işə gedib-gəlməsinə şərait yaradıb. Maaş almadığından və işə rəsmi qaydada götürülmədiyindən zərərçəkmiş bezib, sonda Əkbər Kazımovdan verdiyi pulunu geri istəyib. Nəhayətdə alıb, lakin, müdirə dostunun haqlı olduğunu bildirən və işdə vasitəçilik edən Vüsal da işindən qovulası olub. Vüsal qeyd edir ki, müdir onu haqsız yerə çıxarıb. Ə.Kazımov işçisinin oxuma və yazmağı yaxşı bilmədiyindən sui-istifadə istifadə edərək ona hansısa sənədlərə imza atdıraraq işsiz qoyub. Səbəb isə dostu ilə birgə müdirə verilmiş rüşvəti geri tələb etmələri - şəxsi qərəzçilik olub.

Vüsal onu da giley edir ki, baş verənlər onu pandemiya dövründə dövlətin maddi yardımına da əngəl törədib. Ötən illər ərzində nə yerli icra hakimiyyəti, nə də başqa qurumlar özbaşınalığı araşdırıb Kazımovu cəzalandırmayıblar. Əksinə, dəfələrlə İHB-yə müraciətinə etinasız yanaşılıb.

Faktla bağlı Əkbər Kazımovdan münasibət öyrənməyə çalışan jurnalist müdirin qəzəbilə üzləşib. Əkbər Kazımov heç nədən və heç kimdən qorxmadığını, jurnalisti saymadığını deyərək iddialara şərh verməkdən imtina edib.

Aradan xeyli müddət ötsə də, baş verənlər Gədəbəy Kommunal Müəssisələri Kombinatının taleyinin qeyri-şəffaf və rüşvətə bulaşmış əllərdə olduğunu deməyə əsas verir.
Xatırladaq ki, dövri mətbuatda Əkbər Kazımovun adı dəfələrlə öz tabeliyindəkilərlə qalmaqallarda hallanıb.


Oxunub: 442

Son xəbərlər

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA

Bütün xəbərlər