Limonun faydaları və  zərərləri

DogruXeber.az: - Limonun insan orqanizminə müalicəvi təsiri:

Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.

Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limonun tərkibi: Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

Limonun immunitetə faydası
İki xörək qaşığı limon turşusunun tərkibində insanın sutkalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir.

Limonun faydalı təsirləri:

Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır;
Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır;
Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;
Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır;
Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır;
Dırnaqları ağardır və möhkəmləndirir;
Qanın dövrünü və tərkibini yaxşılaşdırır;
Saçların sağlamlaşdırılmasına kömək edir;
Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır;
Qan damarlarını xolesterindən təmizləyir;
Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.

Limonun ziyanı

Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:

Mədəaltı vəzin fəaliyyətinin pozulması;
Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;
Enterit, kolit və kəskin qastroenterokolit.
Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər