İmperiya ədası: “Rossotrudniçestvo”nun Bakı ofisini bağlamağın vaxtıdır - HƏQİQƏTƏN DƏ...

Rusiya Federasiyasının MDB, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbəri Yevgeni Primakov deyib ki, Qazaxıstanın yeni informasiya naziri təyin edilən Əsgər Umarov "rusofobik əhval-ruhiyyədə şübhəli bilinir və bu, müəyyən narahatlıq yaradır". Onun sözlərinə görə, Umarovun təyinatı ölkə Prezidenti Kasım-Jomart Tokayevin “ağır olsa da, düşünülmüş kompromisidir”.

“Mən cənab Prezident Tokayevin səylərinə hörmətlə yanaşıram və inanıram ki, belə diqqətlə düşünülmüş və planlaşdırılmış kompromislər xalqlarımız arasında çoxəsrlik qardaşlığı və dostluğu məhv edə bilməyəcək, xüsusən də cənab Umarov Qazaxıstanda ruslara qarşı nasist və şovinist baxışlarından açıq şəkildə imtina etsə”, - deyə o bildirib.

Primakov yeni nazirin bəzi fikirlərindən sitat gətirir. Xüsusən də Umarov rusları “sırınmış diaspor” adlandırıb ki, onlar da digər ölkələrdən fərqli olaraq, Qazaxıstana öz hüquqlarına hörmət edildiyinə görə təşəkkür etməlidir. Primakovun vurğuladığı kimi, “Rossotrudniçestvo” “indiki konfiqurasiyada” Umarov və onun qurumu ilə “istənilən qarşılıqlı əlaqəni” tamamilə rədd edən “rusofob zibillər”lə əməkdaşlıq etmir.

Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov artıq “Rossotrudniçestvo” rəhbərinin rusofobiya ilə bağlı ittihamlarına cavab verib. Bu barədə o, öz “Facebook” səhifəsində yazıb: “Mənim obrazımın demonizasiyası ilə bağlı nəşrlərə gəlincə, məni təsvir etməyə çalışdıqları adam mən deyiləm. Əvvəlki bütün vəzifələrdə rusiyalı və digər tərəfdaşlarla səmərəli iş aparmağa çalışmışam. Mən tolerantlıq və xalqların dostluğu prinsiplərinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaşlıq münasibətlərinə sadiq olduğumu bir daha təsdiqləmək istəyirəm”.

O, “Rusiya ilə müttəfiqlik münasibətlərinin” Qazaxıstan üçün nə qədər vacib olduğunu başa düşdüyünü bildirib və “Rusiya və digər KİV-lərlə yaxşı sinerji yaratmağı planlaşdırdığını, onunla faydalı təcrübə mübadiləsinin qurulmasının mümkün olduğunu” söyləyib.

Və bu, kiçik Primakovun sivil dialoq normalarından uzaq bəyanatına çox diplomatik cavab idi. Hansı ki, xatırlatmaq məcburiyyətindəyəm ki, indi “Rossotrudniçestvo”-nun rəhbəri kiçik Primakovdur. Və cəmi bir neçə il əvvəl o, beynəlxalq müşahidəçi, “Rossiya-24” telekanalında “Beynəlxalq icmal” proqramının müəllifi və aparıcısı idi. O, özünü sonra Yevgeni Sandro kimi təqdim edirdi. Bunu ona görə deyirəm ki, Əsgər Umarov da jurnalist, köşə yazarı, sonra isə “Novosti Nedeli” MMC-nin siyasət şöbəsinin müdiri, baş redaktor, RTRK Qazaxıstanın direktor müavini olub.

Və əgər Yevgeni Sandro bir jurnalist kimi çıxışında jurnalist Umarov haqqında indicə səsləndirdiyi ifadəni işlədibsə, bütün bunları kiçik Primakovun mədəniyyətindəki problemlərlə əlaqələndirmək olar. İndi iş üzrə hər iki fiqurantın statusunu nəzərə alsaq, söhbət imperiya qoxulu siyasi qalmaqaldan gedir. Mövcud rus reallıqlarını mükəmməl başa düşən kiçik Primakov siyasi konyukturaya əməl etmək qərarına gəlib və ədəb-ərkan xəttini keçib.

Müasir Rusiyada, hətta bu ölkənin diplomatlarının da öz ifadələrinə və küçəyə daha tanış olan tona icazə verdiyi vaxtlar olur. Rusiya Federasiyası birtəhər başa düşmək istəmir ki, artıq Rusiya imperiyası və onun əyalətləri yoxdur, SSRİ yoxdur. Və müstəqil dövlətlər var ki, öz müstəqil siyasətini aparırlar, onlarla ultimatum dili ilə danışmaq qəbuledilməzdir.

Üstəlik, bəzi ölkələrdəki kadr təyinatlarında təhqirlər işlətmək, hətta burnunu soxmaq kimi addımlar yolverilmədir. Qazaxıstanda yüksək səviyyəli məmurlardan heç biri rusiyalı naziri təhqir etməzdi, onun təyinatı ilə bağlı hər hansısa ultimatum irəli sürməzdi. Ancaq Rusiya Federasiyasında digər anlayışlar hökm sürür. Orada Dövlət Dumasının deputatları Qazaxıstan Respublikasının rusdilli əhalisi mövzusunda spekulyasiya edərək, bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edərək, Qazaxıstanın daxili işlərinə açıq şəkildə müdaxilə etməyi özlərinə imkan verirlər. Qazaxıstanın bir sıra şəhərlərinin "tarixi Rusiya torpaqları" elan edilməsinin məntiqi davamı kiçik Primakovun ultimatum və mahiyyət etibarilə alçaldıcı bəyanatı olan hədsiz addımdır.

Deməli, bu gün söhbət Yevgeni Sandrodan deyil, kiçik Yevgeni Primakovdan gedir - hansı ki, “Rossotrudniçestvo” ilə Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov arasında əməkdaşlığı dayandırdığını bəyan etməlidir. Və söhbət o Əsgər Umarovdan gedir ki, “russofobik zibil” ifadəsindən sonra “Rossotrudniçestvo”nun rəhbərini uzun və piyada səfərə, məlum ünvana göndərməlidir.

Xoşbəxtlikdən, artıq bir presedent var. Ötən ilin aprelində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası “Rossotrudniçestvo”ya qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Və bu, sadəcə olaraq düzgün deyil, həm də gecikmiş qərar idi. “Rossotrudniçestvo” Ukrayna üçün Krımı ilhaq edən və Donbasda müharibəyə səbəb olan ölkənin federal icra orqanıdır.

Yeri gəlmişkən, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov özünü ukraynafob və potensial hərbi cinayətkar kimi göstərməyi bacarıb. Sosial şəbəkələrdə o, Kiyevə və Ukraynanın digər mühüm infrastruktur ərazilərinə zərbə endirməyi qəbul etdiyini bildirib. Kiçik Primakov hələlik Qazaxıstana qarşı oxşar hədələr işlətməyib, ancaq burada əsas söz "hələlik"dir.

Və nəhayət, xatırlatmaq istərdim ki, ötən il noyabrın 11-də “Rossotrudniçestvo”nun Moskva ofisində “Donbass uşaqlarından - Qarabağ uşaqlarına” adlı sərgi keçirildi. Tədbirin press-relizindən bir parçanı təqdim edirik: “Sərgidə döyüş əməliyyatları zamanı həlak olan uşaqların xatirəsi yad edilib və müharibədən sağ çıxanlara necə kömək etmək barədə danışılıb. Sərgi Donbass və Dağlıq Qarabağ uşaqlarına dəstək məqsədi daşıyır. Onun məqsədi dünya ictimaiyyətinin diqqətini müharibə zonalarında uşaqların təhlükəsizliyinin təmin edilməsi probleminə cəlb etməkdir. Sərgi uşaqlar haqqında deyil, böyüklərin məsuliyyətindən bəhs edir”.

Həmin təxribatçı sərgini ilk ziyarıt edən də “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov oldu. Yəni, bu addıma haqq qazandırmaq, kiçik Primakovun təxribatdan xəbəri olmadığını bəyan etmək cəhdləri apriori bir kənara qoyulur. Göründüyü kimi, “Rossotrudniçestvo” Ukrayna və Azərbaycanda separatizmi açıq şəkildə dəstəkləyir. O, açıq şəkildə ölkələrimizin ərazi bütövlüyünü tanımayanların tərəfindədir. Ona görə də “Rossotrudniçestvo”nun Bakıdakı ofisini bağlamaq məntiqlidir. Axı, kiçik Primakovun Əsgər Umarova dediyi absurd bəyanatı bu dəfə hansısa azərbaycanlı nazirə münasibətdə işlədəcəyi heç də istisna deyil.
Müəllif: Əkbər Həsənov //ayna.az//

Son xəbərlər

Əli Həsənovdan miras qalmış kurs yenə də davam etdirilməkdədir - ÇÜNKİ, O DA, ...

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Saatlıda mağazada yanğın olub

Estoniya XİN başçısı: "Rusiyanın Ukrayna sərhədinə qoşun yığması bizi narahat edir”

Koronavirus testi müsbət çıxmış idmançımız Niderlanda getdi

Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır

Qaxda avtomobillər toqquşub, ölən var

“Whatsapp”dan çoxdan gözlənilən yenilik - FOTO

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanlı prodüser vəfat etdi

İki rayon arasındakı avtomobil yolu buz bağlayıb - VİDEO

Qəzetlərin rayonalara çatdırılması həyata keçirilmir - AZƏRMƏTBUATYAYIM İLƏ POÇTDAŞIMA ARASINDA GEDƏN ÇƏKİŞMƏ

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb

Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"

Bakıda avtomobil 54 yaşlı kişini vurub

“Rahatlığın Məkanı” kimlərə NARAHATLIQ YAŞADIR... - NARAZILIQ VAR!

Sərt karantinlə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayında artım var - VİDEO

Sabahdan hava sabitləşəcək

Samuxun icra başçısı BUNU GÖRMÜRMÜ? - GİLEY

Millimizin braziliyalı üzvü: “Şəhidlər heç vaxt unudulmayacaq”

Bakıda sulu qar, rayonlarda qar yağıb - FAKTİKİ HAVA

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edilib? - İLGİNC OLAY

Hərbi forma geyinən hansı şəxslər 500 manat cərimə olunacaq? - VİDEO

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxılıb

Tarix İnstitutunun baş direktoru AMEA şefinin CAVABINI VERDİ - "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"

Bayden Rusiyanı dollarla hədələdi

Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər